ABŞ Dövlət Departamentinin İranın sanksiyaları üzrə ekspertləri Bakıya səfər ediblər | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamentinin İranın sanksiyaları üzrə ekspertləri Bakıya səfər ediblər

16:30 - 16 / 11 / 2018
ABŞ Dövlət Departamentinin İranın sanksiyaları üzrə ekspertləri Bakıya səfər ediblər

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu 13-16 noyabr tarixlərində hökumət həmkarları və biznes liderləri ilə görüşmək üçün Bakı, Tiflis və İrəvana səfər ediblər.

Bu barədə 1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədləri üzrə suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu idi.

Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Nümayəndə heyəti suallara cavab verib və ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan və İran rejiminin davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğuladı. Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə etdilər.

ABŞ hökumətinin sanksiyaları haqqında ətraflı məlumat və onların icrası ilə bağlı ümumi suallara cavabları ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərin İdarəetmə İdarəsinin çox verilən suallar bölümünə daxil olmaqla tapa bilərsiniz.

Səhifəyə keçid: https://www.treasury.gov/resource-center/faqs/Sanctions/Pages/faq_iran.aspx.

1news.az

Paylaş:
507

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər