“ABAD” və Milli Turizm Təbliğat Bürosu arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“ABAD” və Milli Turizm Təbliğat Bürosu arasında Anlaşma Memorandumu imzalanıb

18:47 - 23 / 11 / 2017
“ABAD” və Milli Turizm Təbliğat Bürosu arasında Anlaşma Memorandumu imzalanıb

“ABAD” publik hüquqi şəxs ilə Milli Turizm Təbliğat Bürosu (MTTB) publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) 1news.az-a verilən məlumata görə, Anlaşma Memorandumunu “ABAD”ın direktoru Rüfət Elçiyev və MTTB-nin direktoru Fuad Nağıyev imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycanın və Bakı şəhərinin tarixi mədəni zənginliyininin təbliğ edilməsi istiqamətində iki qurum arasında səyləri birləşdirmək, “ABAD” tərəfindən yaradılmış ailə brendlərinin xarici ölkələrdə tanıdılmasına dəstək göstərmək, ailə təsərrüfatlarının turizm sektoruna cəlb olunması istiqamətində birgə addımlar atmaq və turizm sahəsində yeni brendlərin formalaşdırılması işində birgə çalışmaqdır.

Sənədə əsasən, MTTB tərəfindən ölkə daxilində və ölkə xaricində təşkil olunacaq tədbirlərdə “ABAD”çı sənətkar ailələrinin əl işlərinin təqdim olunması və sənətkarların həmin tədbirlərdə iştirakı təmin olunacaq.

Bundan başqa, tərəflərə məxsus olan sərgi-satış mərkəzləri, turizm informasiya mərkəzləri, məlumatlandırma köşklərində hər iki qurum tərəfindən hazırlanan və məqsədi ölkənin özünəməxsus dəyərlərinin tərənnümü olan təbliğat materiallarının nümayişi və təqdimatı həyata keçiriləcək.

1news.az

Paylaş:
680

Son xəbərlər

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50
Bütün xəbərlər