700 bal toplayan gəncin qan donduran həyat hekayəsi: Ailəsi onun üçün nələrdən keçib? | 1news.az | Xəbərlər
Cəmiyyət

700 bal toplayan gəncin qan donduran həyat hekayəsi: Ailəsi onun üçün nələrdən keçib?

13:05 - 19 / 09 / 2018
700 bal toplayan gəncin qan donduran həyat hekayəsi: Ailəsi onun üçün nələrdən keçib?

Azxeber.com "Uğur yolu” rubrikasına start verir.

1news.az-ın məlumatına görə, hər həftənin çərşənbə günü oxucuların görüşünə gələcək rubrikada həyatın müxtəlif çətinliklərindən keçmiş və böyük uğurlar qazanmış məşhurlardan və onların keçdiyi həyat yolundan bəhs olunacaq.

Rubrikanın ilk qonağı gənc olmasına baxmayaraq, həyatın müxtəlif sınaqlarından keçmiş və hazırda 9 filialı özündə birləşdirən "Panda School” brendinin təsisçisi Elvin Dadaşsoydur.

2000 metr yüksəklikdən başlayan həyat...

Elvin Dadaşsoy 1990-cı ildə Quba rayonunun Susay kəndində anadan olub. 2000 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə yaxın olan Susay kəndi hər tərəfdən meşə və dağlarla əhatə olunub. Qubanın mərkəzinə getmək üçün 30 km yol qət edən "Susaylı”lar rayonun mərkəzinə çatmaq üçün çox böyük çətinliklərdən keçməli olurlar. Çünki yollar və yüksəkliyin yaratdığı maneələr sözün əsl mənasında bu kəndin sakinləri üçün problemə çevrilib. Bu səbəbdən Elvin uşaqlıqda öz kəndindən başqa heç yeri görməyib.

Məktəbə başlayandan sonra valideynləri yalnız dərsə bir gün qalmış Elvini özləri ilə Quba bazarına aparır, oradan məktəbli paltarları alırdılar. Bu paltarlar adətən 1-2 ölçü böyük olardı ki, bir neçə il geyinə bilsin. Bütün şanslarının Bakıda olduğunu düşünən Elvin düz 13 il paytaxt xəyalı ilə yaşayır. 

7-ci sinifdə Quba üzrə Türk Liseyinə imtahan verən E.Dadaşsoy bilirdi ki, ailəsinin ildə 3000 dollar təhsil haqqı vermək gücü yoxdur. Yalnız ona ümid edirdi ki, imtahanlarda birincilik qazansın və illik ödəniş haqqından azad olsun. Yeganə şansı Quba rayonu üzrə ən yüksək nəticə göstərmək olan Elvin bu istəyinə nail olur. 100 sualdan 98-nə cavab verib liseyə qəbul olunan qəhrəmanımızı lisey rəhbərliyi qəbul etmir. Səbəb kimi maddi vəziyyətlərinin pis olduğunu göstərirlər. Beləcə Elvinin bu arzusu da ürəyində qalır.

Qubada bibisigildə yaşayaraq, adi orta məktəblərdən birində oxuyur. Üç il sonra maddi səbəblərdən yenidən kəndə qayıtmalı olan Elvinin atası mal-qaranı satıb, Sumqayıtda 1 otaqlı yataqxana alır. Ailəlikcə Sumqayıta köçən ailə burada bütün gücünü Elvinin təhsilinə yönəldir. Atası gündüzlər meyvə dükanında çalışır, gecələr dayanacaqda gözətçi işləyirdi. 

700 bal toplayan gənc biraz sonra başa düşür ki...

Elvinin sözlərinə görə, qəbul imtahanı zamanı bir sualın üzərində iki dəfə baş sındırıb. Çünki onun arzusu var idi. Ailəsi ona görə hər cür fədəkarlığı etmişdi və o imtahanld ən yüksək nəticə göstərməli idi. Qəbul imtahanında ən yüksək balı – 700 balı toplayan Elvin Dadaşsoyun evinə iki məmur gəlir. Ondan şəxsiyyət vəsiqəsini alan məmurlar bir neçə gün sonra onu və ailəsinə Sumqayıt şəhər İcra Hakimiyyətinə dəvət edirlər. İcra başçısı tədbirdə bildirir ki, Elvinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün 2 otaqlı ev verilməsi ilə bağlı onlara tapşırıq gəlib. Bu xəbər 1 otaqlı yataqxanada yaşayan və evdə yemək üçün stolu belə olmayan ailəni göz yaşlarına boğur. Elvin artıq ilk uğurunu qazanmışdı və 17 yaşında mənzil sahibi idi.

Universitet illərinin ilk illərində 700 ballıq eyforiyadan qurtula bilməyən Elvin geriyə sayım etməyə başlayır və ikinci kursda prezident təqaüdündən kəsilir. İngiltərədə təhsilini davam etdirmək istəyən Elvin bu arzusunu gerçəkləşdirə bilmədiyinə görə, məyus olur və bundan sonra onda yenidən əzmkarlıq yaranır. Bu hadisədən sarsılan Elvin çıxış yolunu işləməkdə görür. Tələbə ikən biznes qurmaq cəhdi boşa çıxan qəhrəmanımız müxtəlif şirkətlərdə işləyir, prezident təqaüdünün kəsilməsini valideynlərindən gizlədirdi. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elvin əsgərlikdə qərar verir ki, qayıdanda mütləq bizneslə məşğul olacaq. Əsgərlikdə olduğu dönəmdə biznesə aid kitablar oxumağa başlayır.

Yalnız qərar var idi: Nə pul vardı, nə də şərait...

Elvin hərbi xidmətdən qayıtdıqdan sonra biznes qurmaq cəhdlərini reallaşdırmağa başlayır. Əslində onun biznes qurmaq üçün bir qəpik də olsun pulu yox idi. Bu səbəbdən nədən və necə başlayacağını bilmirdi. Sumqayıtın küçələrini gəzən Elvin yolun üstündə "Best Friends” adlı ofislə rastlaşır. İçəri daxil olanda məlum olur ki, ofisi quran şəxs təhsil mərkəzini avadanlıqları ilə birlikdə satır. Müəyyən məbləğ qarşılığında ofisi kirayələyən Elvin sosial şəbəkələrdə buranı tanıtmağa başlayır. Müəyyən müddət sonra kurs sayını 14-ə çatdıran Elvin 200-ə qədər tələbəni bura cəlb edə bilir. 

İşlərini qaydasına qoyandan sonra qərara gəlir ki, "Panda School” brendini yaratsın və buna nail olur da. Hazırda "Panda School” ölkəmizin ən böyük təhsil mərkəzlərindən biridir. Paytaxtda və Azərbaycanın müxtəlif regionlarında 9 filialı var, 1000-dən artıq tələbə bu mərkəzdə təhsil alır. İndiyə qədər gəlib-getmiş tələbələrin sayı isə 3000-dən artıqdır. Qarşıda daha böyük hədəfləri olan Elvinin əsas məqqsədi 10 min insanı işlə təmin etməkdir.

Bax bu da bir azərbaycanlı gəncin uğur hekayəsi. Həyatda getdiyin yol məlumdursa və bu yolu getmək üçün cəsarət və inamın varsa, mütləq bir gün istədiyinə nail olacaqsan!

1news.az

Paylaş:
10173

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər