700 bal toplayan Abdulla: “Yalnız BANM məni uğura apara bilər” | 1news.az | Xəbərlər
Müsahibə

700 bal toplayan Abdulla: “Yalnız BANM məni uğura apara bilər”

13:39 - 27 / 10 / 2017
700 bal toplayan Abdulla: “Yalnız BANM məni uğura apara bilər”

Bakı Ali Neft Məktəbinin (BANM) 700 bal toplamış tələbələrindən biri Abdulla Əsgərzadə mətbuata müsahibə verib.

Ailəsinin, BANM-in və nəhayət bütün Azərbaycanın fəxri olan Abdullanın səmimi müsahibəsini olduğu kimi sizə təqdim edirik:

- Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Abdulla Əsgərzadə əslində  kimdir?

- Mən Abdulla Əsgərzadə  25 avqust 2000-ci ildə Gəncədə anadan olmuşam. 2006-cı ildə Gəncə şəhər 31 saylı tam orta məktəbin 1-ci sinfinə getmişəm. 2012-ci ildə Gəncə Türk liseyinə qəbul imtahanında 1-ci yeri tutaraq pulsuz təhsil almaq imkanı qazanmışam.

2017-ci ildə həmin liseyi fərqlənmə attestatı ilə bitirmişəm. Həmin il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq BANM-in ”Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” ixtisasına qəbul olmuşam. Atam ixtisasca həkim – nevropatoloq, anam isə ali təhsilli musiqi müəllimidir. Özümdən böyük 2 bacım tələbədirlər.

- Abdulla, həyatda fəxr etdiyin ən böyük uğurun nə olub?

- Həyatda fəxr edəcəyim ən böyük uğurları hələ gözləyirəm. Düzdür, indiyə qədər də uğurlarım çox olub. Liseyə qəbul imtahanında 1-ci yeri tutanda, ali məktəblərə  qəbul imtahanında 700 bal toplayanda, qisa bir müddətdə İELTS imtahanını 6.5 balla verib birbaşa 2-ci kursa keçəndə, Prezident təqaüdünə layiq görüldüyümü eşidəndə  sözsüz ki çox sevindim. Ancaq bunlar mənim arzuladığım gələcək uğurların yalnız başlanğıcıdır.

Mənə elə gəlir ki, layiq olduğum Prezident təqaüdünü axıra kimi saxlamaq, BANM-i fərqlənmə diplomu ilə bitirmək, magistr təhsilini xaricdə ən nüfuzlu universitetlərdən birində almaq, professional mütəxəssis kimi yetişib xalqımıza layiqli xidmət etmək kimi uğurlara imza ataramsa, o zaman fəxr etməyə dəyər.

- Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

- Mən BANM-ə böyük ümidlərlə gəlmişəm. Düşündüm  ki, məni böyük uğurlar qazanmağa sövq edəcək ali təhsil məktəbi yalnız BANM ola bilər və ona görə də bu gün mən burdayam.

- BANM-i  bitidikdən sonra özünü harada görürsən və niyə  məhz həmin yerdə?

- Mən BANM-i bitirəndən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu da təsadüfi deyil əslində mən bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq valideynlərimlə birlikdə qərara gəldik ki, bakalavr təhsilini vətəndə məhz Bakı Ali Neft Məktəbində almaq daha məqsədə uyğun olar.

- Necə düşünürsən, bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

- Yalnız tələbə deyil, hər bir kəs öz məqsədinə nail olmaq üçün əzmlə çalışmalı, qarşısına çıxan çətinlikləri dəf etməyi bacarmalıdır. Kiçik uğursuzluqlar olanda ruhdan düşüb geri çəkilmək olmaz.

- Səni həyatda ən çox nə motivasiya edir?

- Məni  həyatda ən çox ruhlandıran valideynlərimin mənə diqqəti, qayğısı, inamı  və etimadıdır. İndiyə qədərki nailiyyətlərimin əldə edilməsində onların böyük xidməti olub. Məni ən çox motivasiya edən də öz  uğurlarımla valideynlərimi sevindirmək istəyidir.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrimizə məsləhətin nə olardı?

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə  məsləhətim budur ki, həm ixtisas, həm də ali məktəb seçərkən çox diqqətli olsunlar. Hər bir tələbə özü qərar versə yaxşıdır, amma valideynlərlə məsləhətləşmək  vacibdir. İxtisas düzgün seçildikdən sonra bütün çətinliklərə qalib gəlmək mümkün olacaq.

- Abdulla, bu cür səmimi müsahibə və fikirlərinə görə çox sag ol. Sənə dərslərində uğurlar diləyir və uğurlarının davamını gözləyirik.

- Siz sağ olun, əslində bu mövzuda müsahibə vermək mənim üçün də qürurvericidir.

1news.az

Paylaş:
925

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər