4 açar söz və ya son 5 ildə təhsildə nə baş verdi? | 1news.az | Xəbərlər
Cəmiyyət

4 açar söz və ya son 5 ildə təhsildə nə baş verdi?

17:09 - 14 / 12 / 2017
4 açar söz və ya son 5 ildə təhsildə nə baş verdi?

Əslində başlığa çıxartmaq istədiyim anlayış  ümid, inam, dəyər və tərəqqi açar sözləridir. Son 5 ildə təhsilin inkişaf xətlərini bu ifadələr müəyyənləşdirib.

Yadıma gəlir ki, keçmiş təhsil  nazirinin ilk görüdüyü iş məzun attestatlarının bütün onbirincilər üçün əlçatan olması haqqında əmri idi. Bununla da o vaxtların dedi-qodu, rüşvət  mexanizmi həllini tapmış oldu. Doğrudur,  bəzən hamıya attestat  verməyin zərərərindən danışılsa da son 5 ildə bundan heç kimin ziyan çəkmədiyinin şahidi olduq.

Yeni nazir Mikayıl Cabbarovun  leksikonunda hesabatlılıq, şəffaflıq, insan kapitalı, biliklər  cəmiyyəti, bilik iqtisadiyyatı sözləri tez-tez eşidilməyə başladı. Müəllimlərin XIV qurultayında Mikayıl müəllimin çıxışından eşitdiyim  ifadələr- məktəbin sosal lift funksiyası, differensial əmək haqqı, rəqabətqabiliyyətlilik əmsalı deyilişinə görə də, müqayisə timsalına görə də yeni idi,   dövrün çağırış ruhunu və ən əsası isə  viziyonu müəyyənləşdirirdi.

Onun aramla, düşünərək nitqini qurması təhsilə bağlı bu və ya digər sahənin hekayəsini anlatmaq tərzi və özünün də  tez-tez dediyi kimi ölçüləbilən hədəflərə çatmaq əzmini ortaya qoyurdu. Bir də diqqət yetirdiyim ən mühüm keyfiyyətlərdən biri yeni təhsil naziri kimi problemin qoyuluşuna  özündən əvvəlkinin tənqidi üzərində deyil,  geniş planda baxaraq dünyada baş verən reallıq çərçivəsində nəzər yetirirdi.  Onun məsələyə baxış bucağı  statistik təhlil süzgəcindən  keçirdi və bu baxımdan Təhsil Nazirliyinin illik hesabat tədbirləri düşünmək üçün, böyük planda görüntü yaratmaq üçün çox faydalı və yeni idi.

Ötən 4 il 7 ayda Təhsil Nazirliyinin “pedaqoji diplom saxtakarlığının” üzərinə prinsipal olaraq  getməsi çox vacib addım idi. Özü də bunu ictimai müzakirəyə çıxardaraq “saxta diplomlu müəllim necə doğru biliklər verə bilər?” mesajı yeni prinsipial, şəffaf xəttin  leytmotivini təşkil edirdi.

Daha bir ştrix. Yadımdadır ki, Sabirabadda bir müəllim Kür çayında batan uşağı həyatı bahasına xilas etmişdi. Bu hadisənin örnək tərəfi haqqında  çox yazılıb. Ancaq əsas örnək məqamlarından biri həm də budur ki, təhsil naziri həmin müəllimin ailəsi ilə, dərs dediyi məktəblə yaxından maraqlanaraq bu ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağılı ciddi tədbirlər görür, şəxsən ailəyə və məktəbə baş çəkir. Özü də bunu media manşetləri üçün deyil, örnək müəllimin böyük fədakarlığına vəfa borcu kimi edirdi.

Ötən 5 ilə yaxın müddətdə təhsildə  daha çox dəyərlərdən danışıldı. Nəinki danışıldı, həm də əməl edildi. Şikayətçinin şikayətinə diqqətlə baxıldı, haqsızlıqla üzləşənin haqqı tanındı, birinci sinfə gedən şagird, universitetini dəyişmək istəyən tələbə bunu elektron qeydiyyatla etdi, müəllim biliyinə güvəndi, məktəb rəhbəri olmaq istəyən şəxs ədalətin təntənəsini gördü. Şəffaflıq, dürüstlük, vicdanlılıq, hesabatlılıq keyfiyyətləri daim vurğulandı. Həm də Təhsil Nazirliyinin əməkdaşları komanda ruhu ilə qeyri standart yanaşmaları fəaliyyətlərində tətbiq etdilər. Altını çızaraq demək istəyirəm ki, bu kollektivdə komanda ruhu  qabarıq  görünürdü.

Maraqla duyduğum  daha bir keyfiyyət isə ötən 5 ilə yaxın dövrdə təhsil nazirliyinin iş fəaliyyətində daim təhsil- elm sinerjisi hiss olunub. Milli Elmlər Akademiyası ilə işlək dialoq mühiiti, gənc alimlərin motivasiyası, “Sabahın alimləri”nin sərgisində bir-bir təqdim olunan  layihələrlə tanışlıq və ən əsası Azərbaycan elminin çoxdan gözlədiyi dünyanın elmi mənbələrinə, istinad olunmuş jurnallara çıxış imkanı  bu fəaliyyətin tam olmayan siyahısıdır.

Girişdə açar sözlərdən danışdım. Elm adamı kimi tədqiqat fəaliyyətimdə bu sözlər elmi işimin çövhərini və ən əsası böyük hörmətlə  andığım ustad Azad Mirzəcanzadənin hər zaman dediyi kimi “Deyə bildimmi? sualının mahiyyət çalarını müyyən edib. Əslində  bu qeydlərim də ötən 5 ilə yaxın müddətdə  təhsil idarəetməsinin fəlsəfəsinə sığan açar sözləri idi.

Professor Ağayev

Paylaş:
455

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər