Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEO

Qafar Ağayev10:32 - 25 / 04 / 2024
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

1news.az xəbər verir ki, təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.

Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib.

Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib.

General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Paylaş:
95

Son xəbərlər

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33
Bütün xəbərlər