RİNN Naxçıvanda radiomonitorinq keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

RİNN Naxçıvanda radiomonitorinq keçirib

Qafar Ağayev17:43 - 24 / 04 / 2024
RİNN Naxçıvanda radiomonitorinq keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə muxtar respublika ərazisində mobil rabitə siqnallarının, televiziya və FM radio yayımlarının qəbul vəziyyətini radiomonitorinq edib və müvafiq infrastruktura baxış keçirib.

Bu barədə 1news.az-a Nazirlikdən bildirilib.

Məlumata görə, məqsəd xidmət keyfiyyətinin artırılması, muxtar respublika ərazisində, o cümlədən sərhədyanı ərazilərdə zərərli radiomaneələrin aşkar edilməsi və aradan qaldırılması, həmçinin mobil rabitə televiziya və FM radio yayım şəbəkələrində qəbulun zəif olduğu yerlərin müəyyən edilərək aidiyyəti qurumlarla birgə optimallaşdırma işlərinin həyata keçirilməsidir.

Nəticədə 3 istiqamətdə (Naxçıvan şəhəri – Şahbuz rayonu, Naxçıvan şəhəri – Ordubad rayonu və Naxçıvan şəhəri – Sədərək rayonu) yerli və xarici mobil operatorların siqnallarının əhatə dairəsi müəyyən edilib. Eyni zamanda yerli və xarici televiziya və FM radio yayımları üzrə müəyyən edilmiş nöqtələrdə radiomonitorinq işləri aparılıb.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumları tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023 – 2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq zəruri tədbirlər görülür.

Həmin proqramın 2023 – 2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.7.2.1.-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mobil operatorların telekommunikasiya şəbəkələrinin Mərkəzi Baza Sisteminə inteqrasiyası, muxtar respublikanın yaşayış məntəqələrində mobil infrastrukturun zəif inkişaf edən hissələrinin (şəbəkənin zəif olduğu və ya mövcud olmadığı yerlər) müəyyənləşdirilməsi və keyfiyyətli radio-TV yayımın təmin edilməsi istiqamətində addımlar atılır.

Paylaş:
98

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər