Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib

Qafar Ağayev15:18 - 24 / 04 / 2024
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun hibrid formatda 4-cü iclası keçirilib.

1news.az nazirliyə istinadən verdiyi məlumata görə, İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdə keçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planları qabaqladığı vurğulanıb.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri İzabella Feierabend İşçi Qrup çərçivəsində əməkdaşlığının hazırkı vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.

İclasda İşçi Qrupun 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat verilib, neft və qaz sahəsi üzrə əməkdaşlıq, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələrində həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib. Ötən ilin iyun ayında iki ölkənin enerji şirkətləri arasında təbii qaz təchizatı üzrə bağlanmış müqavilədən irəli gələn məsələlər nəzərdən keçirilib, orta və uzunmüddətli qaz ticarəti üzrə müzakirələrin davam etdirilməsinə maraq ifadə olunub.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası məqsədilə keçirilmiş nazirlər görüşlərinin nəticələrinə istinad edilib, bu əməkdaşlıq platformasının hər iki ölkənin yaşıl gündəliyinin icrasına töhfə verdiyi qeyd edilib.

İclasda, həmçinin ölkələrin tənzimləyici orqanları arasında qarşılıqlı təlimlərin və seminarların təşkilinin davam etdirməsi təşviq edilib, enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılması və enerji effektivliyi fondlarının idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın sonunda Enerji üzrə İşçi Qrupun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. İşçi qrupun növbəti iclasının gələn il Budapeştdə keçirilməsi qərara alınıb.

Paylaş:
97

Son xəbərlər

Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıbBu gün, 12:42Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilibBu gün, 12:41Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27Bu gün cənub bölgəsinin bəzi rayon və kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqBu gün, 11:24Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünün vaxtı bəlli olduBu gün, 11:19“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48
Bütün xəbərlər