PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ

18:12 - 23 / 04 / 2024
PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ

PAŞA Holding öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır və eyni zamanda mövcud sahələrin təkmilləşdirilməsi üzərində işləyir.

Bu sahələrdən biri də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti ilə əməkdaşlığa başlamışdır. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsi olan Umico ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət qarşılandı.

Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll yolları axtarır. “Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, - holdinqin mətbuat xidmətindən bildirilib. Beləliklə, yaxın zamanda ölkədə Uklon xidməti fəaliyyətini dayandıracaq.

Paylaş:
168

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTOBu gün, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilibBu gün, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıbBu gün, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!Bu gün, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25
Bütün xəbərlər