AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTO

10:52 - 19 / 04 / 2024
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTO

19.04.2024. Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, Masallı şəhərində M.Talışxanov küçəsində yerləşən 19-cu regional filialının açılışı ilə sahibkarlıq fəaliyyətinin təşviqi və maliyyə inklüzivliyinin təkmilləşdirilməsi sahəsində fəaliyyətini davam etdirir.

Bu genişlənmə AccessBank-ın ölkə daxilində, xüsusən də cənub-şərq regionunda vacib maliyyə xidmətləri göstərmək missiyasında mühüm addımdır.

Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.

Bu strateji genişlənmə AccessBank-ın regionlarda fəaliyyətinin genişləndirilməsinin və keyfiyyətli bank xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasına uyğundur.

“Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bank xidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasının prioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləri peşəkar komandamızın xidmətindən yararlana bilər. AccessBank 2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisini açır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı. Biz il ərzində müxtəlif regionlarda filiallar açmağı planlaşdırırıq”, - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

Masallı filialının açılması AccessBank-ın yerli əhaliyə keyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm də ölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və orta sahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Strateji regional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşma vasitəsilə AccessBank, Azərbaycanda maliyyə inklüzivliyinin və davamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Reklam hüququnda

Paylaş:
77

Son xəbərlər

Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59
Bütün xəbərlər