Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir

Qafar Ağayev16:52 - 18 / 04 / 2024
Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqət yetirdiyi əsas məsələlərdən biri də neokolonializmə qarşı mübarizə olub. Təəssüf ki, XXI əsrdə müstəmləkəçilik təfəkkürü hələ də davam etməkdədir".

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev neokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirası davam etdirən ölkələrdən ən birincisi də Fransadır.

Milli Məclisin sədri qonaqların diqqətinə çatdırıb ki, keçmişdə öz müstəmləkələrində apardığı qeyri-qanuni fəaliyyətlərə, törətdiyi cinayətlərə görə üzr istəmək əvəzinə, Fransa öz müstəmləkə siyasətini yeni formalarla, metodlarla davam etdirir, özünün dənizaşırı ərazilərindəki xalqların azadlıq istəklərinə, müstəqil olmaq hüquqlarına hörmət etmir, bütün vasitələrlə onların qarşısını almağa çalışır.

Sahibə Qafarovanın sözlərinə görə, neokolonializm siyasətinin əsasında irqçilik, ksenofobiya, özünü, öz hüquqlarını, mənafelərini digərlərindən üstün tutmaq dayanır.

Yeni Kaledoniyada əhalinin yarıdan da çoxunun iştirakı olmadan keçirilmiş referendumun nəticələri və törədilən əngəllər barədə danışan Milli Məclisin sədri, XXI əsrdə Fransanın belə primitiv vasitələrə əl atmaqla, xalqların hüquqlarını kobud şəkildə pozmasının qəbuledilməz olduğunu deyib.

Paylaş:
95

Son xəbərlər

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşübBu gün, 14:52
Bütün xəbərlər