Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı! - FOTO

10:15 - 27 / 03 / 2024
Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı! - FOTO

“Düzgün hesab” şüarı ilə 16 mart 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvəsi keçirilib.

“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Sığorta” ASC, “Meqa Həyat” ASC, “Unibank” ASC-nin bank sponsorluğu, “ERPGO” şirkətinin sponsorluğu və “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə şirkətinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini həyata keçirib.

3 moderator və 14 spiker " Düzgün Hesab" şüarı ilə "Maliyyə hesabları və uçot", "Vergi Məcəlləsi - 2024", "Vergi riskləri" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə ediblər.

"Good Finance" şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Maliyyə hesabları və uçot” panelində Auditor Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov, "Azercell Telekom" MMC-nin maliyyə departamentinin experti Elvin Abdullayev, Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə aparıcı məsləhətçi Faiq Abdullayev, “The Way Partners” şirkətinin direktoru Kamal Hüseynzadə, Neftçi PFK-nın maliyyə direktoru Namiq Əlizadə, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev və “Unibank” ASC-nin filial rəhbəri Turan Xəlilov təcrübələrini bölüşüblər. Bu paneldə maliyyə hesabatlarının hazırlanması və uçotun təşkili ilə bağlı vacib məqamlar ekspertlərin təqdimatında iştirakçılara izah olunub.

Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Vergi Məcəlləsi -2024" panelində Dövlət Vergi Xidməti Vergi Siyasəti Baş İdarəsinin Vergi Qanunvericiliyinin Tətbiqi Şöbəsinin Rəisi Eldar Mədətov vergi qanunvericiliyində olunmuş son dəyişikliklər barədə vacib məqamlara toxunaraq iştirakçıların suallarını cavablandırıb.

"Good Finance" MMC-nin vergi konsultantı Teymur Əşrəfin moderator olduğu "Vergi Riskləri" paneli Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev, "Ekvita" MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, “PwC Azərbaycan”nın vergi direktoru Günel Sadiyeva, Dövlət Vergi Xidməti Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov və “KPMG Azərbaycan”nın vergilər üzrə baş meneceri Ülvi Yusifovun spikerliyi ilə baş tutub. Bu paneldə iştirakçıların sahə ilə bağlı sualları Dövlət vergi xidmətinin vəzifəli şəxsləri və müstəqil ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda viktorinada iştirak edən iştirakçılara şirkətlər tərəfindən müxtəlif hədiyyələr verilib. Eyni zamanda, bütün iştirakçılara sertifiklarlar təqdim olunub.

Vergi və Mühasibatlıq Zirvəsinin keçirilməsində dəstək olan sponsor, dəstəkçi və tərəfdaşlarımıza təşəkkür edirik!

Facebook: https://www.facebook.com/vmzbaku

İnstaqram: https://www.instagram.com/vmzbaku/

Linkedln: https://www.linkedin.com/company/vmz-baku/

Reklam hüququnda

Paylaş:
260

Son xəbərlər

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25
Bütün xəbərlər