Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

16:25 - 25 / 03 / 2024
Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, siyasi və iqtisadi, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ölkələrimiz və xalqlarımız arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir. O, bu münasibətlərin iki ölkənin parlamentləri arasında da uğurla davam etdirildiyini vurğulayıb. Özünün Serbiyaya rəsmi səfərini məmnunluqla xatırlayan Sahibə Qafarova səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin qanunverici orqanlar arasında münasibətlərin daha da genişlənməsinə imkan yaratdığını bildirib. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.

Serbiya Parlamentinin spikeri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası vasitəsilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə daha da genişlənməsində maraqlı olduğunu vurğulayan Serbiya Parlamentinin spikeri bildirib ki, qanunverici orqanlar arasında əlaqələr dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.

Görüşdə tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək qeyd ediblər ki, bu AŞPA-nın üzərinə götürdüyü vəzifələr və missiyası ilə ziddiyyət təşkil edir.

Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.

Söhbət zamanı, həmçinin bildirilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya Parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib. Spiker Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
197

Son xəbərlər

Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45
Bütün xəbərlər