Külək, yağış, qar - Sabahın havası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək, yağış, qar - Sabahın havası açıqlandı

Qafar Ağayev15:31 - 25 / 03 / 2024
Külək, yağış, qar - Sabahın havası açıqlandı

Mart ayının 26-da Azərbaycanda yağıntılı hava şəraiti müşahidə ediləcək.

1news.az xəbər verib ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Paylaş:
168

Son xəbərlər

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16
Bütün xəbərlər