Bu gün Yer Kürəsi Günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün Yer Kürəsi Günüdür

15:49 - 20 / 03 / 2024
Bu gün Yer Kürəsi Günüdür

Bütün dünyada martın 20-də BMT-nin təşəbbüsü ilə Yer Kürəsi Günü qeyd olunur.

1news.az xəbər verir ki, beynəlxalq bayramların təqvimində iki Yer Kürəsi Günü var – birincisi bu gün - yaz gecə-gündüz bərabərliyi günündə - martın 20-21-də, ikincisi isə aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist yönümlü, ikincisi isə ekoloji yönümlüdür.

Martın 20-nin 1971-ci ildə BMT tərəfindən Yer Kürəsi Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Kürəsi Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

Bu günün yaradıcısı 1840-cı illərdə ölkənin hər bir vətəndaşının ətraf mühitə hörmətlə yanaşması proqramı çərçivəsində ağac və kol əkmək kampaniyasına başlayan məşhur Amerika ictimai xadimi Con Morton hesab olunur. 1872-ci ildə o, Nebraska ərazisinin katibi olanda abadlıq işlərinə həsr olunmuş bir gün təklif etdi. Dərhal çox populyarlaşan həmin gün Ağac Günü adlandırıldı.

İlk gün ərzində ştatın sakinləri bir milyona yaxın ağac əkiblər və onların təşəbbüsü tezliklə ictimai hərəkata çevrilib. 1970-ci ildən başlayaraq bayramın mənası ətraf mühitin mühafizəsi ilə bağlı ümumi ideyaya qədər genişlənib və yeni bir ad - Yer Kürəsi Günü meydana çıxıb. Bu isə milli səviyyədə qeyd olunub. 1971-ci ildə BMT həmin bayramı rəsmi olaraq qəbul etdi və sonradan qloballaşan həmin tarix ildən-ilə daha çox beynəlxalq dəstək aldı.

Dünyanın müxtəlif yerlərində bu gün ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üçün keçirilən ən məşhur tədbirlər arasında ekoloji sərgi və festivallar, marafonlar və təbiət konfransları, şəhərlərdə küçə və ərazilərin təmizlənməsi, ağacların əkilməsi və sıx küçələrdə nəqliyyatın dayandırılması, mədəni tədbirlər, konsertlər yer alır.

Onu da qeyd etmək lazımdır ki, formalaşmış ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan Sülh Zəngi birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.

Yer Kürəsi Gününün, həmçinin planetimizin kosmosdan çəkilmiş ilk fotoşəkillərindən birini təsvir edən öz bayrağı var. Bu, yalnız birgə səylərlə Yer kürəsində qlobal ekoloji və sosial problemləri həll edə biləcəyimizi dərk etməyin əlamətidir. Təsadüfi deyil ki, bu bayram kosmonavtlar tərəfindən fəal şəkildə dəstəklənir. Axı planetimizin nə qədər gözəl və müdafiəsiz olduğunu, onun hamımızın diqqətli rəftarına necə ehtiyacı olduğunu dünyaya ilk dəfə onlar çatdırıblar...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Paylaş:
395

Son xəbərlər

Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTOBu gün, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTOBu gün, 16:21Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32
Bütün xəbərlər