İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:38 - 18 / 03 / 2024
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar
əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!"

Paylaş:
259

Son xəbərlər

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38
Bütün xəbərlər