Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib

Qafar Ağayev17:19 - 15 / 03 / 2024
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

1news.az xəbər verir ki, Nazirlər arasında keçirilən təkbətək görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.

Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov həmçinin cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Ölkəmizə COP29-a sədrliyi dövründə uğurlar arzu edən nazir Hakan Fidan, Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Paylaş:
163

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifiBu gün, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildiribBu gün, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblarBu gün, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilibBu gün, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTOBu gün, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTOBu gün, 16:21Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32
Bütün xəbərlər