Bakıda keçirilən oyun başa çatdı: “Qarabağ“ 2 - “Bayer 04” 2 - YENİLƏNİB 3 | 1news.az | Xəbərlər
Futbol

Bakıda keçirilən oyun başa çatdı: “Qarabağ“ 2 - “Bayer 04” 2 - YENİLƏNİB 3

Qafar Ağayev23:53 - 07 / 03 / 2024
Bakıda keçirilən oyun başa çatdı: “Qarabağ“ 2 - “Bayer 04” 2 - YENİLƏNİB 3

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib.

1news.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib.

Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

***

22:44

Bakıda keçirilən “Qarabağ”-“Bayer 04” matçında növbəti qol vurulub.

1news.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Juninyo 45+2-ci dəqiqədə rəqibin qapısına ikinci qolu vurub. Bununla da birinci hissə “Qarabağ”ın 2-0 üstünlüyü ilə yekunlaşıb.

***

22:31

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

1news.az-ın məlumatına görə, 26-cı dəqiqədə Azərbaycan çempionu rəqibi məyus edib.

Yassin Benzia topu qapıdan keçirib.

***

21:45

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Paylaş:
746

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblarBu gün, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilibBu gün, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTOBu gün, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTOBu gün, 16:21Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08
Bütün xəbərlər