Nazir: “Rus bölməsində təhsil alan şagirdlərin ana dilini yaxşı mənimsəməsi üçün çox iş görülüb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Rus bölməsində təhsil alan şagirdlərin ana dilini yaxşı mənimsəməsi üçün çox iş görülüb”

Ayşən İsmayılova17:14 - 29 / 02 / 2024
Nazir: “Rus bölməsində təhsil alan şagirdlərin ana dilini yaxşı mənimsəməsi üçün çox iş görülüb”

"Rus dilində oxumaq heç kəsə ana dilini öyrənməmək kimi bir sərbəstlik vermir".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev brifinqdə rus bölməsində oxuyan şagirdlərə "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədrisi ilə bağlı 1news.az-ın əməkdaşının suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi üçün builki prioritetlərdən biri də növbəti illərdə rus bölmələrində Azərbaycan dilinin keyfiyyətini artırmaqdır.

"Bizim problemimiz rus dili ilə bağlı deyil, problemimiz budur ki, 15-16 yaşında bir yeniyetmə fikrini Azərbaycan dilində ifadə edə bilmir, çünki ana dilində danışa bilmir".

Nazir əlavə edib ki, tədrisi rus dilində olan məktəblərdə "Azərbaycan Tarixi fənninin tədrisinin effektiv olması ilə bağlı danışmaq üçün hələ tezdir.

"Rus bölməsində təhsil alan şagirdlərin ana dilini yaxşı mənimsəməsi üçün artıq çox iş görülüb. Həmin şagirdlər Azərbaycan dilində imtahan verəcək, gələcəkdə Azərbaycan Ordusunda xidmət edəcək və Azərbaycan dilində danışacaq. Ali təhsil almaq istəyən hər bir şəxs Azərbaycan dilini yaxşı bilməlidir.
Gördüyüm problemlərdən biri də budur ki, şagird əgər buraxılış imtahanını verə bilmirsə, o uşaq necə 9-cu sinfə qədər qiymət alıb gəlib? Bu mənada müəyyən qədər məktəb direktorları da yanaşmalarını dəyişməlidir. Biz məktəb direktorlarımıza bu sualları verməyə başlayırıq".

Paylaş:
207

Son xəbərlər

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47
Bütün xəbərlər