“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

Ayşən İsmayılova16:19 - 29 / 02 / 2024
“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna 1 mart 2024-cü il tarixindən başlanacaq".

1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir".

Nazir bildirib ki, 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.

Emin Əmrullayev qeyd edib ki, müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlər universitetlər üzrə "Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə müraciət edə biləcəklər. “Bundan başqa, namizədlərin bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət ixtisasları üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi də nəzərdə tutulub”, - deyə nazir vurğulayıb.

Paylaş:
128

Son xəbərlər

Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edibBu gün, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlarBu gün, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44
Bütün xəbərlər