Xankəndidən başlanan tarixi seçki | 1news.az | Xəbərlər
Köşə

Xankəndidən başlanan tarixi seçki

09:39 - 12 / 02 / 2024
Xankəndidən başlanan tarixi seçki

2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi.

44 gün ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşu Ermənistanın hərbi qüvvələri, eyni zamanda Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmış, müxtəlif mənbələrdən maliyyələşən silahlı birləşmələri məhv edildi, ölkəmizin konstitusion suverenliyini bərpa edildi.

Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, nəticədə Ermənistan kapitulyasiya aktına imza atdı.

2023-cü ilin sentyabr ayına qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Azərbaycan Prezidenti müdrik xalqımızın haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirməsinə dair qərar verməklə oktyabr ayının 15-də Xankəndidə hər bir azərbaycanlıya canı qədər doğma olan üçrəngli Azərbaycan bayrağını dalğalandırdı, daha sonra 8 noyabr tarixində Xankəndinin şəhər meydanında xalqımızın qürurunu nümayiş etdirən hərbi paradı qəbul etdi.

Bu gün qloballaşan dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar və bundan irəli gələrək dünya siyasi arxitekturasının yenilənməsi fonunda Azərbaycan yeni dönəmə artıq tam müstəqil, suveren, demokratik inkişafa əsaslanan hüquqi dövlət kimi daxil olur, eyni zamanda davamlı inkişaf gündəliyinin icrasının labüd olduğunu açıq bəyan edir.

Bu məqsədlə, Prezident İlham Əliyev 07 dekabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərini əhatə edən, Azərbaycan xalqının hər bir üzvünün iştirakını nəzərdə tutan növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair Sərəncam imzaladı. 07 fevral 2024-cü ildə tarixində suveren Azərbaycan Respublikasında Prezident seçkiləri təşkil olundu və bu seçkilər “Zəfər seçkisi” kimi xalqımız tərəfindən yüksək iştirakçılıqla dəyərləndirildi.

Bu seçkinin ən böyük əlamətdar və tarixi əhəmiyyəti ondan ibarətdir ki, 200 illik dövlətçilik tarixi olan Azərbaycanın bütövləşmiş ərazisinin hər bir şəhər, rayon və kəndində bu seçkilər təşkil olunmuşdu. Ali Baş Komandan olaraq ərazilərimizi işğaldan azad edən, müzəffər Azərbaycan Ordusuna əmr verən İlham Əliyev bu seçkilərdə səsini məhz Xankəndində verməklə Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcının əsasını qoydu.

Ölkəmizdə növbədənkənar Prezident seçkilərinin təşkilati işlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun aparılmasını müşahidə etmək üçün Azərbaycana dəvət olunmuş mütəxəssislər, jurnalistlər, media və beynəlxalq təşkilatlarla yanaşı, dünya ölkələrinin parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı yüksək səviyyədə təşkil olundu. Ölkəmizə təşrif buyurmuş nümayəndə heyətlərindən biri də Azərbaycanla strateji tərəfdaş olan, Avropada, Balkanlarda yerləşən, müsəlman icmasının kompakt şəkildə yaşadığı Bosniya və Herseqovina Parlamentinin hər iki palatasının üzvlərindən ibarət oldu.

Son illərdə həyata keçirilmiş infrastruktur islahatları, habelə xalqımızın qonaqpərvərliyi, dövlətimizin multikultural dəyərlərə sadiqliyi, eləcə də Azərbaycanın davamlı inkişaf gündəliyinə əvəzsiz töhfələri müşahidə missiyalarının nümayəndə heyətlərinin bəyanatlarında öz əksini tapdı. Azərbaycana dost dövlətlər və Azərbaycanda akkreditasiyadan keçmiş rəsmi nümayəndə heyətləri Azərbaycan xalqının sərvətinə çevrilmiş, layiqli oğlu İlham Əliyevin qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək ehtiramla qiymətləndirilməsini xüsusi vurğu ilə öz təbriklərində ifadə edirlər.

Beləliklə, Azərbaycan Respublikasında 07 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının qəhrəman və sərkərdə övladı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibəti ilə bütün seçicilərimizi ürəkdən təbrik edir, Azərbaycanın bundan sonrakı davamlı inkişafının xeyirli, uğurlu olması istiqamətində hər bir Azərbaycanlının dövlətimizin tərəqqisi naminə səy və bacarıqlarını əsirgəməmələrini, birgə, yorulmaz fəaliyyətimizi arzulayıram.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
1303

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər