Tarixə həm “cırtdan”, həm də “nəhəng” kimi düşən yeganə insan | 1news.az | Xəbərlər
Dünya

Tarixə həm “cırtdan”, həm də “nəhəng” kimi düşən yeganə insan

Ayşən İsmayılova11:15 - 07 / 01 / 2024
Tarixə həm “cırtdan”, həm də “nəhəng” kimi düşən yeganə insan

Nə qədər inanılmaz olsa da, dünyada 20 yaşında 1.42 metr, 52 yaşında isə 2.34 metr boyunda olan bir insan yaşayıb.

Söhbət həyat hekayəsi 1899-cu ildə başlayan Adam Rainerdən gedir.

1news.az məlumat verir ki, o, Avstriya-Macarıstan İmperiyasının sərhədləri daxilində yerləşən və hazırda Avstriyanın əyalətlərindən biri kimi tanınan Qratsda anadan olub.

O, ortaboylu bir ailənin oğlu idi, lakin çox balaca, arıq və yaşına görə olduqca qısaboylu idi. Fiziki xüsusiyyətləri uyğun olmasa da, Rainer əsgər olmaq istəyirdi. Birinci Dünya Müharibəsi başlayanda orduya getmək istəsə də, boyu 1,40 metr olduğu üçün istəyi rədd edilib. Yaşına görə anormal dərəcədə qısa olan Adamın boyu 1,47 metr həddinin altında olduğu üçün “cırtdan” olaraq etiketlənirdi. Lakin əsgərliyə getmək istəyindən heç vaxt əl çəkmədi. 20 yaşı tamam olanda bəxtini bir daha sınadı.

Təəssüf ki, 1.42 boyu ilə bir daha məyus oldu və ordu tərəfindən qəbul olunmadı. Adam Rainer cırtdan kimi tanınırdı, lakin tibbi sənədlər onun əl və ayaqlarının özü ilə eyni boyda olan insanların əl-ayaqlarından normadan daha böyük olduğunu göstərirdi. Çünki ayaq ölçüsü 43 idi və bu, həmin boyda biri üçün olduqca böyük idi. Adam Rainerin eşidən hər kəsi heyrətə gətirən həyat hekayəsi məhz bu vaxtdan etibarən başladı.

Bir vaxtlar cırtdan kimi bilinən Adam, boyu həddindən artıq uzandığı üçün qozbelləşməyə başlamışdı. O, çox keçmədi ki, tibb aləminin önəmli insanlarının da diqqətini çəkib. 1930-1931-ci illərdə həkimlər A. Mandl və F. Vindholz onu yaxından analiz edərək qəfil və anormal şəkildə böyüməsinin səbəbini ortaya çıxardılar. Hər iki həkim Adam Rainerə akromeqaliya (nəhənglik) diaqnozu qoydular.

Qısa müddətdən sonra nəhəngləşmə probleminin arxasında hipofiz vəzini sıxan bir şişin olduğu anlaşıldı. Adəmin dərhal əməliyyat olunmasına qərar verildi. Uğurlu bir əməliyyatla şişi çıxaran həkimlər, əməliyyatdan sonra Adamın böyüməsinin dayanacağını düşünsələr də, təəssüf ki, heç nə gözlənildiyi kimi olmadı. Əməliyyatdan sonra onun böyüməsi dayanmadı, sadəcə olaraq yavaşladı. Bundan əlavə, şiş ucbatından olduqca böyümüş əl və ayaqları Adamın xarici görünüşünü insanlara qəribə gələcək səviyyəyə çatdırdı.

Əvvəl kor, sonra kar oldu

Adam Rainer bu problemə görə sağlamlığını da itirməyə başladı. Əvvəlcə sağ gözü kor oldu, sonra isə sol qulağı kar oldu. Onurğasının əyriliyi açıq-aşkar qozbelliyə səbəb olduğundan, o, ayaq üstə durmaq qabiliyyətini tamamilə itirib yataq xəstəsi oldu. O, 52 yaşında 2,34 metr boyu ilə ölkəsinin ən uzun insanı olaraq evində dünyasını dəyişdi. Beləliklə, Rainer dünyada həm “cırtdan”, həm də “nəhəng” olaraq təsnif edilən yeganə insan kimi adını tarixə yazdırmağı bacardı.

Paylaş:
507

Son xəbərlər

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22
Bütün xəbərlər