“Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması üçün belə addımlar vacibdir” - POLİTOLOQ | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması üçün belə addımlar vacibdir” - POLİTOLOQ

Ayşən İsmayılova15:20 - 08 / 12 / 2023
“Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması üçün belə addımlar vacibdir” - POLİTOLOQ

“Hərbçilərin qarşılıqlı olaraq geri qaytarılması Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar nəticəsində baş tutdu”.

Bu sözləri 1news.az-a “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov Azərbaycanla Ermənistan arasında 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq olunması ilə bağlı açıqlamasında deyib.

“Artıq müharibə dövrü başa çatıb. Hazırda sülh müqaviləsinin mətni ilə bağlı danışıqlar davam etməkdədir. Yeni münasibətlərin qurulması üçün humanitar məsələlərdə bir sıra irəliləyişlər etmək lazımdır. Ümumiyyətlə, Azərbaycan Ermənistandan fərqli olaraq həmişə öz humanizmi ilə seçilib. Biz müharibədən sonra İrəvanı başa salmağa çalışırdıq ki, keçmişə yox, gələcəyə baxmaq lazımdır. Qonşuluq siyasəti işğalçılıq siyasəti ola bilməz. Yeni səhifə açmaq lazımdır və bu yeni səhifənin açılması üçün belə addımlar vacibdir”.

Zaur Məmmədov

“Yeri gəlmişkən, azad edilənlər arasında Qarabağda Azərbaycan xalqına qarşı cinayətlər törədən, Azərbaycan torpaqlarının işğalda saxlanılmasına çağırışlar edən şəxslər yoxdur” - deyə, Z.Məmmədov əlavə edib:

“Bu isə o deməkdir ki, rəsmi Bakı kimin kim olduğunu çox yaxşı bilir. Bilirik ki, hazırda Brüssel və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi ilə bağlı hazırlıqlar getməkdədir. Həmin görüşdə çox vacib məqamlara toxunulacaq. ABŞ və Azərbaycan arasında son zamanlar olan təmaslar Bakının tələblərinin nədən ibarət olmasını həm Qərbin, həm də Ermənistanın diqqətinə çatdırır. İndi görək Ermənistan Azərbaycanın tələblərinə necə cavab verəcək?”

Qeyd edək ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Hüseyn Axundov ilk olaraq Ermənistan dövlət sərhədini qanunsuz keçmək, odlu silah və döyüş sursatı qaçaqmalçılığında, o cümlədən aprelin 12-də mis-molibden zavodunun gözətçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə ittiham olunaraq barəsində 20 illik həbs qərarı çıxarılmışdı.

Lakin 6 dekabr 2023-cü il tarixində Ermənistan məhkəməsi zavodun digər mühafizəçisinin şikayətini təmin edərək H.Axundov barəsində ömürlük həbs qərarı çıxardı.

Həmçinin digər azərbaycanlı əsir Aqşin Bəbirova da dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah, sursat qaçaqmalçılığında günahlandırılaraq 11,5 il müddətinə həbs cəzası verilmişdi.

Həmçinin oxuyun: Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib

Paylaş:
299

Son xəbərlər

Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52
Bütün xəbərlər