“Qarabağ Universitetinin yaradılması çox mühüm və önəmli bir qərardır” - Ceyhun Məmmədov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ Universitetinin yaradılması çox mühüm və önəmli bir qərardır” - Ceyhun Məmmədov

Ayşən İsmayılova12:09 - 29 / 11 / 2023
“Qarabağ Universitetinin yaradılması çox mühüm və önəmli bir qərardır” - Ceyhun Məmmədov

“Belə bir universitetin yaradılması çox mühüm və önəmli bir qərardır”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı 1news.az-a açıqlamasında deyib.

“Uzun müddətdir, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı müzakirə aparılır. Cənab Prezident Azərbaycan xalqının növbəti arzusunu yerinə yetirdi və belə bir universitet yaratdı. Bu həm tarixi ədalətin bərpa olunması, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həm də Qarabağın dirçəldilməsi və Qarabağa qayıdışın sürətləndirilməsi, eləcə də bölgələrimizdə təhsilin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bir məsələdir”.

Deputat qeyd edib ki, bu gün belə bir universitetin yaradılmasına ehtiyac var idi və bu universitet artıq yaradıldı.

“Ümid edirik ki, bu universitet beynəlxalq müstəvidə tanınmış kifayət qədər nüfuzlu bir universitet ola bilər. Biz bu gün texniki, həndəsi və tibb sahələrinə daha çox önəm verməliyik. Eyni zamanda burada ixtisas məsələsində bölgədə aparılan quruculuq işlərində ən çox ehtiyac duyulan sahələr üzrə mütəxəssislər yetişdirilməlidir ki, gələcəkdə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək”.

Xatırladaq ki, Prezident İlham Əliyev 28 noyabr 2023-cü il tarixində “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Paylaş:
221

Son xəbərlər

Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10
Bütün xəbərlər