Müqəddəs Qurban Bayramı - unudulmayan mənəvi miras | 1news.az | Xəbərlər
Köşə

Müqəddəs Qurban Bayramı - unudulmayan mənəvi miras

10:29 - 25 / 06 / 2023
Müqəddəs Qurban Bayramı - unudulmayan mənəvi miras

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır.

Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bu il ölkəmizdə iyunun 28-nə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.

Qurban bayramı xalqımığın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir.

Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.

Müqəddəs Qurban bayramı insanları mənəvi saflığa və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağa səsləyən cəmiyyətdə ali insani dəyərlərin daha da güclənməsinə xidmət edir.

Cəmiyyətimizdə hökm sürən birlik və həmrəylik, dinclik və əminamanlıq, təhlükəsizlik və sabitlik bu gün əldə etdiyimiz əvəzsiz uğurumuzdur. Birlik və bərabərlik, xeyirxahlıq və mərhəmət Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizə aşıladığı və bəxş etdiyi ən ali dəyərlərdir.

Əsrlərin sınağından keçıb günümüzə qədər gəlib çatan dəyərlərimiz və ənənələrimiz milli mənimizin yaşadılmasında əvəzsiz rol oynayıb. Əsrlərdən bəri müxtəlif xalqların və dinlərin dinclik və əminamanlıq şəraitində yaşadığı ölkəmizdə nümunəvi birgəyaşayış mühiti formalaşıb.

3-cü ildir ki, Qurban bayramıni 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızda keçirirəcəyik. Artıq bu torpaqlarda məskunlaşma prossesi gedir. Yeni inşa edilən fərdi evlərə köçürülən soydaşlarımız bu bayramı döğma yurdlarında qeyd edəcəklər.

44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qabiliyyətli İkinci Qarabağ müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir. Artıq böyük sevinc və coşqu ilə öz neçə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda qurbanlarımızı kəsib, bu müharibədə şəhid olanların ruhuna dualarımızı edəcəyik.

Hacı Surxay Məmmədli - İlahiyyat elmləri doktoru, professor,

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi,

İçəri şəhər “Cümə” məscidinin imamı

Paylaş:
5357

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər