Ərdoğan: Azərbaycan ilə enerji sahəsində əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ərdoğan: Azərbaycan ilə enerji sahəsində əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır

S.Xankişiyeva14:00 - 04 / 06 / 2022
Ərdoğan: Azərbaycan ilə enerji sahəsində əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır

Bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Can Azərbaycan ilə mükəmməl səviyyədə davam edən əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlandığı təbrik məktubunda yer alıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunda Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans-Anadolu təbii qaz boru kəməri – TANAP kimi nəhəng layihələrin həyata keçirilməsi ilə regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdik. Hazırda yaşadığımız kritik dönəmdə TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası rolunu oynayır. Cənub Qaz Dəhlizi ilə bu günədək Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz nəql edilib. İlham qardaşımla birlikdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Şuşa Bəyannaməsində də vurğuladığımız kimi, Cənub Qaz Dəhlizinin potensialının artırılmasının önəmini ifadə etdik. Beynəlxalq aləmdə yaşanan proseslər atdığımız bu addımların nə qədər doğru olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyi artıq daha yaxşı dərk olunur”.

Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpaolunan enerji növlərinin inkişafı istiqamətində də mühüm addımlar atdığı qeyd olunub: “Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın bərpaolunan enerji sahəsində nümayiş etdirdiyi mövqe regional sabitlik və rifah baxımından yol xəritəsi rolunu oynayır. Bu baxımdan Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji bölgəsi” elan edilməsi son dərəcə düzgün addımdır”.

Türkiyə dövlətinin başçısı enerjinin və enerji təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir dövrdə keçirilən Bakı Enerji Həftəsinin işinə uğurlar arzulayıb, bütün iştirakçılara təbriklərini çatdırıb.

Paylaş:
440

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər