2018-ci il “Oskar”a namizədlərin adları açıqlandı | 1news.az | Xəbərlər
Dünya

2018-ci il “Oskar”a namizədlərin adları açıqlandı

18:45 - 23 / 01 / 2018
2018-ci il “Oskar”a namizədlərin adları açıqlandı

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il “Oskar” kino mükafatları üçün namizədlərin adları açıqlanıb.

1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

“Ən yaxşı rejissor işi” nominasiyasında Kristofer Nolan ("Dünkerk"), Pol Tomas Anderson ("Görünməz sap"), Cordan Pil ("Uzaqlaş"), Gilyermo del Toro ("Suyun forması") və Qreta Gerviq ("Ledi Börd") mükafata namizəd görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında isə Timoti Şalame ("Məni öz adınla çağır"), Qari Oldman ("Qaranlıq saat"), Deniel Dey-Lüis ("Görünməz sap"), Denzel Vaşinqton ("Roman İzrael") və Deniel Kaluuya ("Uzaqlaş") mübarizə aparacaq.

“Ən yaxşı aktrisa” nominasiyasında Selli Houkins ("Suyun forması"), Sirşa Ronan ("Ledi Börd", Fransis MakDormand ("Ebbinqdə üç billbord"), Meril Strip ("Məxfi dosye") və Marqo Robbi ("Mən, Tonya") "Oskar"a namizəd görülüb.

“Ən yaxşı xarici film” nominasiyasında isə “Fantastik qadın” (Çili), “Bədən və ruh haqqında” (Macarıstan), “Təhqir” (Livan), “Kvadrat” (İsveç) və “Sevgisiz” (Rusiya) filmləri namizəd görülüb.

Bu il bu mükafata "Ən yaxşı qrim və saç düzümü" nominasiyasında isə "Qaranlıq saat", "Viktoriya və Abdul" və "Möcüzə" filmləri namizəd olub.

Qeyd edək ki, bu mötəbər kino mükafatlarının təqdimetmə mərasimi martın 4-də baş tutacaq. "Oskar" 1929-cu ildən təsis edilib.

1news.az

Paylaş:
839

Sizin üçün xəbərlər

Son xəbərlər

“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 15:46Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03
Bütün xəbərlər