20 Yanvar Qətərdə anıldı – FOTO | 1news.az | Xəbərlər
Siyasət

20 Yanvar Qətərdə anıldı – FOTO

09:36 - 21 / 01 / 2019
20 Yanvar Qətərdə anıldı – FOTO

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım tədbiri keçirilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, tədbirdə Səfirliyin əməkdaşları, Qətərdə yaşayan azərbaycanlılar, həmçinin yerli ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək, faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb.

20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən söz açan səfir, qeyd edilən faciənin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaranlandığını, həmçinin ölkədə böyük dağınıtların törədildiyini nəzərə çatdırıb. Həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifəaçdıqlarını bildirib. 

​Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndiribvə faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.

​Tədbir, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qətərin ərəb və ingilis dilli mətbuatında geniş yazılar dərc edilib.

S.Xankişiyeva

 

 

Paylaş:
368

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər