20 Yanvar faciəsi Pakistan mediasının gündəmində - FOTO | 1news.az | Xəbərlər
Siyasət

20 Yanvar faciəsi Pakistan mediasının gündəmində - FOTO

12:41 - 20 / 01 / 2018
20 Yanvar faciəsi Pakistan mediasının gündəmində - FOTO

Pakistanın “National Courier” qəzetinin internet səhifəsində ekspert Mahmud ul-Həsən Xanın “Qara Yanvar şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir” sərlövhəli məqaləsi dərc olunub.

1news.az-ın verdiyi xəbərə görə, məqalədə yanvarın 20-də 28 il bundan əvvəl keçmiş Sovet ordusu tərəfindən Bakı şəhərinin işğalı və dinc sakinlərin qətlə yetirilməsinin 28-ci ildönümünün qeyd olunduğu bildirilir və həmin günün şəhidliyi, eyni zamanda insan cəsarətini təcəssüm etdirdiyi vurğulanır.

Müəllif Qara Yanvar hadisəsinin region üçün ciddi geosiyasi, sosial-iqtisadi əhəmiyyətinin olduğunu və SSRİ-nin süqutunu tezləşdirdiyini qeyd edir. “Zərbə” əməliyyatı adı altında 26 minlik Sovet qoşununun şəhərə girərək dinc əhalinin atəşə tutulduğu, tankların qarşısına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, müxtəlif dinlərin və millətlərin də nümayəndələrinin (müsəlmanlar, xristianlar, ruslar, yəhudilər, tatarlar) olduğu 137 insanın həlak olduğu, 700 nəfərin yaralandığı vurğulanır.

Məqalədə 20 Yanvar hadisələrinin kökünün Dağlıq Qarabağ məsələsinə gedib çıxdığı, həmin dövrdə Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı və nəticədə Azərbaycan əhaisinin müxtəlif şəhərlərdə etiraz aksiyalarına başladığı qeyd olunur. “Berlin divarının yıxılması necə ki Avropa ölkələri üçün azadlıq və demokratiyaya yol açmışdır, eləcə də 20 Yanvar hadisələri Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün eyni rolu oynamışdır.”

Məqalədə 20 Yanvar tarixinin həm dəhşətli cinayət, “faciə”, eyni zamanda isə qəhrəmanlıq günü, insanların müstəqillik uğrunda etdikləri fədakarlıqlarla xatırlandığı nəzərə çatdırılır. Azərbaycanın bu gün möhkəm və geriyə dönməz müstəqilliyə, sosial-iqtisadi inkişafa, müasir cəmiyyətə sahib olmasında 20 Yanvar şəhidlərinin müstəsna rolunun olduğu vurğulanır.

Müəllif ümummilli lider Heydər Əliyevin Moskvada ikən baş vermiş hadisələrə öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə çevrildiyi vurğulayır. Eyni zamanda, 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, müstəqillik hərəkatını qüvvətləndiyi nəzərə çatdırılır. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatı vurğulanır.

Müəllif  20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq, Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci il oktyabrın 18-də öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir: “Bu gün Azərbaycan xalqı 20 yanvar gününü milli kimlik və azadlıq uğrunda canlarını ortaya qoymuş insanları qürurla xatırlayır. Hər il bu günü Şəhidlər günü kimi qeyd edir və Şəhidlər Xiyabanını ziyarət edir. Bu hadisə eyni zamanda, Azərbaycanda Sovet idarəsinin sonunun başlanğıcı olub”.

Sonda “Qara Yanvar”ın insan iradəsinin və əzminin dövlət terroruna qarşı üstünlüyünü simvolizə etdiyi və Azərbaycan xalqının ürəyindəki müstəqillik eşqinin qələbə çaldığı vurğulanır.

S.Xankişiyeva

Paylaş:
810

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər