1in.am: Koçaryan cinayətkardır | 1news.az | Xəbərlər
Ermənistan

1in.am: Koçaryan cinayətkardır

10:22 - 22 / 01 / 2019
1in.am: Koçaryan cinayətkardır

Biz Robert Koçaryanın 2008-ci il 1mart qanlı cinayətinin təşkilatçısı olduğunu iddia etməkdə davam edirik. Təbii ki, saytda heç bir təkzib verilməyəcək.

1news.az xəbər verir ki, bu barədə 1in.am saytında dərc edilmiş açıqlamada deyilir.

Xatırladaq ki, dünən İrəvanın ümumi yurisdiksiyası məhkəməsi həbsdə olan sabiq prezident Robert Koçaryanın 1in.am saytına qarşı iddiasını təmin edib. Məhkəmə 4 məqalə ilə bağlı saytın təkzib verib, Koçaryandan üzr istəməsinə dair qərar çıxarıb.

Həmçinin, sayt Koçaryana təzminat kimi 400 min dram (təxminən 852 dollar) ödəyəcək. 

Təkzib və üzrxahlıq məhkəmə qərarı qüvvəyə mindikdən sonra iki gün ərzində dərc edilməlidir.

“Əminik ki, istintaq və məhkəmə prosesləri zamanı bizim bütün dərc etdirdiklərimiz təsdiq olunacaq. Robert Koçaryan cinayətkardır və biz əlləri qanla boyanmış birindən üzr istəməyəcəyik.

Bundan əlavə, sayt davamlı şəkildə 27 oktyabr cinayətinin tam aşkarlanmasını izləyəcək, əminik ki, Robert Koçaryan və Rusiya imperiyası bu cinayətin əsas benefisiarlarıdır.

Koçaryanın hakimiyyətinin qanlı on ilində Ermənistanın xalqının etimadını qazanaraq mandat almış şəxslər parlament binasında güllələndi, İrəvanın küçələrində isə ən azı on dinc vətəndaş öldürüldü.

27 oktyabr və 1 mart tarixləri Robert Koçaryanın adı ilə bağlıdır və o, törətdiyi cinayətlərə görə məhkum olunacaq. Bu, bizim birinci instansiya məhkəməsinin qərarına cavabımızdırdır", deyə saytın açıqlamasında qeyd edilib.

P.Sultanova

Paylaş:
520

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər