14 yaşlı qızı zorlayan oğlan bunu eşidəndə infarkt keçirdi - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Dünya

14 yaşlı qızı zorlayan oğlan bunu eşidəndə infarkt keçirdi - TƏFƏRRÜAT

11:37 - 19 / 02 / 2018
14 yaşlı qızı zorlayan oğlan bunu eşidəndə infarkt keçirdi - TƏFƏRRÜAT

Türkiyədə 14 yaşlı qızı çılpaq şəkilləri ilə şantaj edib, onunla məcburi cinsi əlaqədə olan 3 dosta ümumilikdə 223 il həbs cəzası verilib.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin dekabr ayında o zaman 14 yaşı olan E.A adlı qız internet vasitəsi ilə Cihan K ilə tanış olub. Oğlan qızın güvənini qazandıqdan sonra qız ona çılpaq şəkillərini göndərib. Hər şey də bundan sonra baş verib.

Oğlan sonradan qızı şəkilləri başqalarına göndərəcəyi ilə şantaj edib. Bundan bərk qorxan azyaşlı qız onun dedikləri ilə razılaşaraq cinsi əlaqəyə girməyə məcbur olub. Daha sonra o, yenə də şantaj edilərək Cihan K-nın dostları – Yılmaz Ç və Nazif S ilə də cinsi əlaqəyə məcbur edilib.

Çətin vəziyyətdə qalan qız çarəni polisə şikayət etməkdə görüb.

Şikayətdən sonra 3 dost saxlanılıb. Onların ifadəsi alındıqdan sonra həbs cəzası verilib.

Məhkəmədə dostlardan heç biri günahını boynuna almayaraq azad edilmələrini istəyiblər. Lakin məhkəmə onların bu arzusunu gözündə qoyub.

Hakimin qərarı ilə Cihan K 132 il 6 ay, Yılmaz Ç 39 il, Nazif S isə 52 il müddətinə azadlıqdan məhrum edilib. 52 illik həbs cəzası verildiyini öyrənən Nazif S. məhkəmə zalında infarkt keçirərək huşunu itirib.

1news.az

Paylaş:
7703

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər