12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu – FOTO | 1news.az | Xəbərlər
Dünya

12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu – FOTO

11:46 - 26 / 04 / 2018
12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu – FOTO

1970-80-ci illərdə törədilən silsilə cinayət və təcavüz hadisələrinə görə keçmiş polis işçisi şübhəli bilinir.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, “golden state killer” adı ilə bilinən cinayətkarla polis işçisinin DNA nəticələri uyğunlaşdıqdan sonra polisin saxlanılması barədə qərar verilib.

O, 12 insan öldürüb, 51 qadın zorlayıb.

Joseph James DeAngelo Jr adlı 72 yaşlı polisin ilk qurbanları Brian Maggiore və xanımı Katie olub. Cinayət 1978-ci ildə törədilib.

Daha sonra onun başqa cinayətlər də törətdiyi məlum olub. Cinayətlərin üzərindən illər keçməsinə baxmayaraq polisin adı heç vaxt "radar"a düşməyib.

DeAngelonun 3 yetişkin qızı var. O, 1973-cü ildə Sharon Marie Huddle ilə ailə qurub, bir müddət sonra boşanıblar.

Kaliforniya ştatında polis işləyən DeAngelo 1979-cu ildə avtomobil qarət etdiyinə görə işdən qovulub.

Təhqiqatçıların məlumatına görə, o, cinayətləri polis işlədiyi vaxtlarda törədib.

Sonradan 27 il boyunca tərəvəz mağazasında işləyən DeAngelo ötən il təqaüdə çıxıb.

O, hazırda həbsxanadadır.

Araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
855

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər