Stenfordda təhsil alan tələbəmiz: “Karyeramın izi ilə istənilən yerə gedəcəyəm” – “Uğur formulu” – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Stenfordda təhsil alan tələbəmiz: “Karyeramın izi ilə istənilən yerə gedəcəyəm” – “Uğur formulu” – FOTO

12:05 - 13 / 01 / 2017
Stenfordda təhsil alan tələbəmiz: “Karyeramın izi ilə istənilən yerə gedəcəyəm” – “Uğur formulu” – FOTO

Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.

 “Uğur formulu” layihəsinin budəfəki qonağı Sona Allahverdiyevadır.

Sona 1997-ci ildə Bakıda anadan olub. İlk üç il Dünya Xəzər Məktəbində, daha sonra iki il Bakı Oksford Məktəbində, 7 il isə Azərbaycan Beynəlxalq Məktəbində təhsil alıb. Burada Beynəlxalq bakalavr diplomu əldə edib. Sona hazırda dünyanın nüfuzlu Stenford Universitetində kompüter elmləri və sahibkarlıq üzrə təhsilini davam etdirir.

- Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Əlbəttə. Stenford Universiteti məni oxuduğum bütün fənlər üzrə güclü nəzəriyyə, həmçinin bütün sahələrdə praktiki biliklə təmin edir. Tədrisin çox hissəsi auditoriyada baş tutsa da, mən bir çox məlumatları yaşıdlarımdan öyrənirəm. Öz şirkətlərini yaradıb-yaratmamaları, səhm bazarında milyonlar qazanıb-qazanmamalarından və ya elmi tədqiqat sahəsinə nailiyyətlər əldə edib-etməmələrindən asılı olmayaraq Stenforddakı hər bir tələbə yoldaşımdan nə isə öyrənirəm.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Stenforddakı ilk rüb ərzində kompüter elmlərini çox bəyəndim. Kompüter elmləri məni heç bir fənnin edə bilmədiyi qədər təşviq və cəlb edir. Məncə, kompüter elmləri yaradıcılıq və hesablamanın vəhdətidir, kəsişmə nöqtəsində isə texnologiya vasitəsilə nəyisə heyrətamiz etmək durur. Kompüter elmlərini oxuyarkən mənə elə gəlir ki, mən mümkünlüyün sərhədini keçərək qeyri-mümkünlüyə addım atıram.

Düzdür, bu çətin, bəzən isə qeyri-mümkün görünə bilər, amma nəticə etibarı ilə hansısa məhsulu – tətbiqi, saytı, alqoritmi və s. göstərib fəxrlə deyə bilərəm: “Bunu mən etmişəm”. Məsələn, sonuncu layihələrimdən biri kompüter yaddaş sistemi yaratmaq idi. Bu yaxınlarda isə Silikon vadisində fəaliyyət göstərən filantropik şirkət üçün mobil tətbiqin dizaynı üzərində işləyəcəyəm.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

Azərbaycan Beynəlxalq Məktəbində və oxuduğum digər müəssisələrdəki təhsildən razı qalsam da, inanıram ki, təhsil sistemini təkmilləşdirmək üçün qarşımızda uzun bir yol var. Düşünürəm ki, bizim təhsil sistemində ən əsas iki dəyişikliyi etmək lazımdır. Birincisi, təlimə nəzəri deyil, praktiki üsulla yanaşmaq vacibdir.

Müşahidə etmişəm ki, faktları əzbərləməkdənsə, layihələr, təcrübə proqramları və yarım gün işlər sayəsində daha çox bilik qazanıram.

İkinci mühüm dəyişiklik isə tələbələrdə daha güclü sərbəstlik hissi yaratmaqdır. İnanıram ki, sərbəstlik tələbələri işi tapşırıldığı üçün deyil, bu işi görməyə onlarda həvəs olduğu üçün etməyə sövq edəcək. Sərbəstlik mənim uğur qazanmaq üçün şəxsi potensialımı reallaşdırmağımda əsas rol oynadı.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Universitetin əksər tələbələri Azərbaycanı yaxından tanısalar da, mən hər zaman həmkarlarımı və qrup yoldaşlarımı ölkəmiz haqqında daha çox məlumatlandırmağa çalışıram. Bir çox dostum muğamın gözəlliyinə heyrandır və mənim onlara bəhs etdiyim möhtəşəm memarlığı öz gözləri ilə görmək üçün Bakıya səfər etməyə can atırlar.

-  Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Müəllimlərim mənim məsləhətçilərim və dostlarımdır. Müəllimlərimdən biri ilə onun bir neçə məzunla birgə idarə etdiyi “Siyasi psixologiya araşdırma qrupu” adlı tədqiqat laboratoriyasında çalışmışam. Müəllimlərimlə ən bəyəndiyim qarşılıqlı münasibət dərsdən sonra sevdiyimiz mövzu, istəklərimiz və ümumi maraqlarımızla bağlı müzakirələr aparmaq üçün onlarla yemək yemək və ya qəhvə içməkdir.

- Daha çox hansı çətinlikləriniz olub?

- Burada qarşılaşdığım ən böyük çətinlik hər işi görməyə çalışmağım və özümü məhdudlaşdıra bilməməyim idi. İlk ilimin sonunda artıq 7 klubun üzvü idim, tamaşa səhnələşdirirdim və gərəyindən daha çox dərs alırdım. Bu il vaxtımı daha yaxşı planlaşdırmağı və vəzifələrimin öhdəsindən gəlməyi öyrənmişəm.

- Oxuduğunuz müddətdə qarşılaşdığınız maraqlı hadisə hansı olub?

- Yalnız birini seçmək çətin olsa da, ilk kompüter proqramımı yaratmağım maraqlı olmuşdu. İki yuxusuz gündən sonra səhər saat 6-da proqram nəhayət ki, nöqsansız çalışmışdı.

Bu yaxınlarda isə mənim şəxsi saytım (www.5ona.com) istifadəyə verildi.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Adətən məni amerikalı zənn etsələr də, əcnəbi tələbə olmağım xoş bir sürpriz kimi qarşılanır. Mənə tez-tez doğulduğum şəhər, mədəniyyətlər arasındakı fərqlər, siyasi düşüncələrim və sair, həmçinin Azərbaycana səfər barədə suallar verirlər.

-  Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Braziliya teatrı (Məzlumların Teatrı) üslubunda olan “ACT!” adlı öz tamaşamı səhnələşdirirəm. Həmçinin universitetdəki bütün tələbə qruplarının maliyyə məsələlərini idarə edən Stenford Tələbə Təşkilatının İnkişaf üzrə direktoruyam. Eyni zamanda Stenford UNİCEF və dünyaya sosial rifah gətirmək üçün texnologiyadan istifadəyə həsr olunmuş ‘CS + Social Good’ tələbə birliklərinin də idarə heyətinin üzvüyəm.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?

- Mən gələcəyim haqqında coğrafi planlar qurmamağa üstünlük verirəm. Karyeramın və şəxsi məqsədlərimin izi ilə və ən yaxşı imkanların arxasınca istənilən yerə gedəcəyəm.

- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz ?

- Şəxsi və akademik potensialıma nail olmağa yaxınlaşsam da fundamental dəyərlərimi və keyfiyyətlərimi dəyişməmişəm.

- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Böyük düşünün, daha böyüyünü xəyal edin və hər zaman xəyallarınızın arxasınca gedin. Və heç kəsə sizə nəyisə bacarmayacağınızı deməyə icazə verməyin.

1news.az

Paylaş:
18318

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər