Xalq artistinin vəziyyəti ağır olaraq qalır | 1news.az | Xəbərlər
Müsahibə

Xalq artistinin vəziyyəti ağır olaraq qalır

14:35 - 24 / 06 / 2017
Xalq artistinin vəziyyəti ağır olaraq qalır

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır.

1news.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə xalq artistinin oğlu Hafiz Həmidov bildirib. Onun sözlərinə görə, Qəndab Quliyevanı Türkiyəyə aparmaq istəsə də, həkimlər icazə verməyib:

“Anamın səhhətində ümidverici irəliləyiş yoxdur. O, hazırda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində huşsuz vəziyyətdədir. Anam insult keçirib və ürəyindən əməliyyat olunub. Əməliyyatdan sonra ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. Ciyərlərinə tez-tez su yığılırdı”.

H.Həmidov anasının müalicə aldığı xəstəxanada gündəlik 1600 manat ödəniş edildiyini deyib:

“Bura özəl xəstəxanadır. Xərcləri çoxdur. Hər gün 1600 manat ödəməliyik. Anamı Türkiyəyə aparmaq istədim. Ancaq həkimlər icazə vermədilər. Bildirdilər ki, onu aparatdan ayırsalar, həyatını itirə bilər. Ümidsiz vəziyyətdə qalmışıq. Hacı Nuran anamın yanına gəlmişdi. O, xəstəxananın rəhbərliyi ilə danışdı. Bildirdi ki, qiymətlərdə bizə 10-15% güzəşt ediləcək. Amma bütün hallarda əsas məbləğ qalır”.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

1news.az

 

Paylaş:
1131

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər