“Misir Azərbaycan uşaqlarının gözü ilə” | 1news.az | Xəbərlər
Müsahibə

“Misir Azərbaycan uşaqlarının gözü ilə”

12:38 - 22 / 04 / 2017
“Misir Azərbaycan uşaqlarının gözü ilə”

Frankofoniya həftələri çərçivəsində Fransa-Azərbaycan İnstitutunda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılıb.

1news.az-a Misirin Bakıdakı səfirliyindən verilən məlumata görə, sərgini Misiri səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi açıb.

O bildirib ki, Frankofoniya tədbirləri çərçivəsində aprel ayının 1-dən etibarən bu günə qədər silsilə tədbirlər davam etdirilir. Bu il Frankofoniya ab-havası çox fərqli və rəngarəngdir. Artıq 10 ölkənin Azərbaycandakı səfirliklərinin iştirakı ilə 30-dan çox tədbir keçirilib. Təbii ki, Misir də bu təşkilata üzv dövlət kimi keçən il də, bu il də bu tədbirlərdə yaxından iştirak edir. Bu gün açılışını etdiyimiz sərgi “Misir Azərbaycan uşaqlarının gözü ilə”  adlanır. Gördüyünüz kimi az yaşlı uşaqlar Misir haqqında öz təsəvvürlərini rəsmlərdə göstəriblər”.

Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez böyük maraqla qarşılanan beynəlxalq Frankofoniya həftələrinin gələcəkdə də keçiriləcəyinə əmin olduğunu və Frankofoniya həftələrinin mədəniyyətlərarası dialoqun inkişafına çox böyük töhfə verdiyini vurğulayıb.

Sonra sərgi iştirakçıları azyaşlı müəlliflərin Misir tarixini əks etdirən rəsmləri ilə tanış olublar.

Pərvanə Sultanova

Paylaş:
1009

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22
Bütün xəbərlər