Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb - FOTO

19:40 - 29 / 07 / 2017
Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb.

1news.az-ın  APA-ya istinadən xəbərinə görə, proqrama uyğun olaraq iyulun 29-da Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə konsert olub. “Gənclərə dəstək” adlı bu konsertdə səhnə gənc musiqiçilərin ixtiyarına verilib. Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri Züleyxa Usubova (piano), Şeyda Ələsgərova (fleyta), Cəmilə Əsgərzadə (violin), Aytən İbrahimova (violin), Nərmin Rzayeva (piano), Mahir Tağızadə (bariton), İlahə Sadıqzadə (piano) çıxış edib.

 Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə 2016-cı ildə yaradılan “Clarte” klarnet kvartetinin gənc üzvləri Anar Məmmədov, Məmməd Rəcəbli, Emil Bağırov, Şərif Bağırovun çıxışı da maraqla qarşılanıb. Musiqiçilər Avropa və Azərbaycan bəstəkarlarından A. Vyetanın “Rondino”, F. Əmirovun “Məhəbbət rəqsi”, K. Sen-Sansın “Rondo kapriççiozo”, İ. Dobrineskunun “The Lark”, İ. Ştrausun “Perpetuum mobile”, C. Robenin “Klezmen rəqsi”, A. Bazzininin “Cırtdanların yallısı”, F. Listin “Macar rapsodiyası”, S. Nəzərovun “5 Pyes”, Q. Qarayev və C.Hacıyevin “Vətən operasından Mərdanın ariyası”, V. A. Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyasını səsləndiriblər. Konsert proqramı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.    

Qeyd edək ki, avqustun 3-dək davam edəcək beynəlxalq musiqi festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər - Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcək. Festival günlərində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri, Tələbə Simfonik Orkestri, “Femusa” kamera orkestri, “Clarte” klarnet kvarteti, “Furioso” kvartetinin konsertləri olacaq.

1news.az

 

 

 

Paylaş:
970

Sizin üçün xəbərlər

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər