Fələstin səfiri: "Bu, bizim idman tariximizdə ilk hadisədir" | 1news.az | Xəbərlər
Müsahibə

Fələstin səfiri: "Bu, bizim idman tariximizdə ilk hadisədir"

09:51 - 15 / 05 / 2017
Fələstin səfiri: "Bu, bizim idman tariximizdə ilk hadisədir"

Bü günlərdə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Mayın 22-dək davam edəcək yarışlarda Fələstin Dövləti də təmsil olunur. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim 1news.az-a müsahibəsində ölkəsinin İslam Həmrəyliyi Oyunlarında iştirakı, bu oyunların əhəmiyyəti barədə  daha ətraflı danışıb. 

- Cənab səfir, Fələstin Dövləti IV İslam Həmrəyliyi Oyunlarında necə təmsil olunur?

-Fələstin Dövləti İslam Həmrəyliyi Oyunlarında 105 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunmağı planlaşdırıdı. Lakin İsrail tərəfi 25 idmançının Qəzzadan çıxmasına qadağa qoyduğu üçün biz oyunlara 80 nəfərlik heyətlə qatılmalı olduq.

Bu nümayəndə heyəti idmançılar, onların məşqçiləri, həmçinin tibb personalından ibarətdir. Fələstinli atletlər bir çox idman növündə, o cümlədən futbol, basketbol, voleybol, üzgüçülük, güləş, cüdo, karatei, atıcılıq və digər oyun növlərində özlərini sınayacaqlar.

İdmançılarımız hissə-hissə Bakıya gəlir. Artıq onların yarıdan çoxu gəlib. Fələstin nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin rəhbəri, Futbol üzrə Federal Komitənin sədri, bununla yanaşı Fələstində idman naziri kimi fəaliyyət göstərən Cubreyil əl Rucub rəhbərlik edir.

-Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Həmçinin, İslam Oyunları keçirilir. Sizin fikrinizcə, bütün bunlar Azərbaycanın islam dünyası ilə əlaqələrinin inkişafına necə təsir göstərir?

-İlk növbədə onu demək lazımdır ki, Azərbaycan dövləti İslam aləminin bir parçasıdır. Eyni zamanda özünün islam irsi, islama bağlılığı ilə fəxr edir. Azərbaycan İslam aləmində mövcud olan əsas problemlərin müdafiəsində hər zaman öndə gedib. Biz Azərbaycanın islam aləminin əsas problemlərindən biri olan Fələstin probleminə olan münasibətini də çox yüksək qiymətləndiririk. Çünki Azərbaycan hər zaman Fələstin problemində bizim lehimizə səs verib və müsəlman aləminin ilk qibləgahı olan Qüds şəhərinə münasibətdə birbaşa Fələstin Dövlətini dəstəkləyir.

Bununla bərabər, islam aləmində mövcud olan digər çağırışlarda və məsələlərdə də Azərbaycan güclü mövqe nümayiş etdirir, öndə gedən ölkələrdən biridir. Azərbaycan islamofobiya, eyni zamanda islam dünyasının bəlasına çevrilmiş terrorizmlə mübarizədə və digər bir sıra çağrışlarda hər zaman kəskin mövqeyini qəti şəkildə ortaya qoyur. İslam aləmi özü də bir sıra müştərək məsələlərdə Azərbaycanla eyni mövqedən çıxış edir. Məsələn, ərazilərin işğalı məsələsində Azərbaycanla islam dünyasının mövqeyi üst-üstə düşür. Azərbaycanın islam aləminin bir parçası olması, onun siyasətinin və bugünki reallığının məhz islam aləminin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının  apardığı siyasət ilə üst-üstə düşməsi ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli elan edilməsinə  gətirib çıxardı.

Bura biz İslam Həmrəyliyi Oyunlarını da əlavə etsək, onda görərik ki, xoş ab-havada, müsbət rəqəbət şəraitində stabil, çiçəklənən, inkişaf edən  ölkədə belə bir oyunların keçirilməsi  əlbəttə ki, həm svilzasiya, həm idman, həm digər bir çox baxımdan Azərbaycanın töhfəsini ortaya qoyur. Azərbaycan bu oyunlara ev sahibliyi etməklə islam aləminə öz töhfəsini vermiş olur.

-İdmançlarınızın şanslarını neçə qiymətləndirirsiniz?

-Fələstin hər zaman İslam Həmrəyliyi Oyunlarında və digər beynəlxalq yarışlarda təmsil olunub. Amma xüsusi olaraq vurğulamaq istəyirəm ki, Fələstin məhz Bakıda keçirilən oyunlara heç vaxt olmadığı kimi çoxsaylı idmançı göndərib. Bu, bizim idman tariximizdə ilk hadisədir. Fələstin işğal altında olan dövlət olmasına, İsrailin fələstinli idmançıların qarşısına qoyduğu maneələrə və çətinliklərə baxmayaraq bu sayda idmançı göndərilməsi bizim böyük uğurumuz sayılır.

Əlbəttə ki, bir idmançı üçün medal qazanması, uğur əldə etməsi çox vacibdir. Bir neçə gün əvvəl izlədiyimiz Fələstin- Oman futbol komandalarının oyunu çox yüksək səviyydə, müsbət ab havada keçdi. Adətən Fələstin Omanı udur, amma bu dəfə nədənsə hesab 2:2 oldu. Bizim üçün daha önəmli olan bu yarışlarda iştirak etmək, digər müsəlman qardaşlarımızla oyunlarda çıxış etməkdir. Azərbaycan ictimaiyyəti tərəfindən Fələstin idmançılarının dəstəklənməsi, Fələstin bayrağının dalğalanması  bizdə ruh yüksəkliyi yaradır və biz əsasən buna köklənmişik. O ki qaldı oyunçular medal qazanmasına, indidən hansısa  gözləntim yoxdur.

 -Azərbaycanla-Fələstin  arasında münasibətlərin inkişafı baxımından bu oyunların hansı əhəmiyyəti ola bilər?

 -Fələstinli idmançlarının Azərbaycana gəlməsi əlbəttə ki, iki ölkənin əməkdaşlığına böyük bir töhfədir. İdmançlarımızın Bakıda olması, azərbaycanlı həmkarları ilə ünsiyyəti, qaynayıb-qarışmaları əlavə bir stimuldur. Hesab edirik ki, bura gələn idmançların görüşməsi, tanışlıq bəlkə qapıları açacaq ki, Azərbaycanlı oyunçular da Fələsinə gedib hansısa ikitərəfli idman yarışlarında iştirak etsinlər. İki ölkənin komandası Fələstində müxtəlif idman növündə qarşılaşa bilər. Bütün hallarda Fələstin komandasının Bakıda olması müsbət bir haldır.

Pərvanə Sultanova

 

Paylaş:
1648

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02
Bütün xəbərlər