Səfir: “Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi uğrunda səylərini yüksək dəyərləndiririk” | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: “Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi uğrunda səylərini yüksək dəyərləndiririk”

10:20 - 05 / 05 / 2017
Səfir: “Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi uğrunda səylərini yüksək dəyərləndiririk”

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində 1news.az səfirlərlə silsilə müsahibəni davam etdirir. Növbəti müsahibimiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Müsaid bin İbrahim əs-Süleymdir.

- Cənab səfir, bu ay Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Səudiyyə Ərəbistanı Krallığı necə təmsil olunacaq?

- Azərbaycanın keçirdiyi bu böyük beynəlxalq idman tədbirində təmsil olunmaq üçün Səudiyyə Ərəbistanı Krallığı bütün lazımi tədbirləri həyata keçirib. Ölkəm IV İslam Həmrəyliyi Oyunlarına böyük nümayəndə heyəti ilə qatılacaq. Təxminən 300 nəfərdən ibarət olacaq idmançılar Təşkilat Komitəsinin təsdiq etdiyi əksər idman növləri üzrə çıxış edəcəklər.

- Azərbaycanda bu yarışlara hazırlıq səviyyəsi barədə nə deyə bilərsiniz?

- Biz Azərbaycan rəhbərliyinin bu Oyunlara böyük diqqət və qayğı göstərməsinə şahid olmuşuq. Bu məqsədlə müxtəlif sahələrdə görülən hazırlıq işlərindən olduqca razıyıq. İstər İslam Həmrəyliyi İdman Federasiyası, istərsə də Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsi bu çərçivədə görülən işlərin səviyyəsini yüksək qiymətləndiriblər. Ümidvarıq ki, Azərbaycan yarışları çox mükəmməl və layiqli formada təşkil edəcək. Çünki, Azərbaycan bundan əvvəl də Avropa Oyunları kimi böyük idman tədbirləri keçirib və bu oyunların təşkilində çox böyük uğur qazanıb.

- Sizin fikrinizcə, bu tədbir Azərbaycanın ümumilikdə İslam dünyası ilə əlaqələrinin inkişafına necə təsir edəcək?

- Biz Azərbaycan Respublikasının müsəlman ölkələr arasında islam həmrəyliyinin gücləndirilməsi uğrunda göstərdiyi bütün səyləri yüksək dəyərləndiririk. Bu Oyunlarla eyni zamanda Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycan Respublikasının bu işə göstərdiyi diqqəti əks etdirir.

Əvvəllər də ölkəniz İslam Əməkdaşlıq Təşkilatının bir neçə nazirlər toplantısına ev sahibliyi edib, İslam dünyasının problemlərinə həsr olunan beynəlxalq konfranslar keçirib. İslam dünyasına aid problemlərin həllində Azərbaycanın oynadığı fəal rol, heç şübhəsiz onun bütün müsəlman dövlətləri ilə əlaqələrinin güclənməsinə təsir edəcək və onu regionun əmin-aman, inkişaf edən gözəl ölkəsi kimi tanıdacaq, nüfuzunu daha da artıracaq.

- Səudiyyə Ərəbistanından olan idmançıların şanslarını necə qiymətləndirirsiniz?

- Səudiyyə Ərəbistanı idmançılarının hazırlıq səviyyəsi olduqca yüksəkdir. Ancaq bu Oyunların “Həmrəylik Oyunları” olduğunu nəzərə alaraq, bu tədbirdə iştirak edəcək bütün müsəlman ölkələrinə və onların idmançılarına uğurlar diləyirik. İstərdik ki, oyunlar xeyirli işlərin başlanğıcı olsun, müsəlman ölkə və xalqları arasında İslam həmrəyliyinə önəmli töhfə versin.

- Səudiyyəli turistlərin oyunları izləmək üçün Bakıya gəlişi gözlənilirmi?

- Bəli, gözlənilir. Çünki, Azərbaycan hökumət qurumlarının həyata keçirdiyi təşəkkürə layiq son tədbirlər, o cümlədən ölkəmdən gələn turistlər üçün yaxşı imkanlar yaratmaq, viza rejimini asanlaşdırmaq və digər işlərdən sonra Azərbaycana gələn səudiyyəli turistlərin sayında nəzərəçarpacaq artım müşahidə edirik.

Belə ki, ilin əvvəlindən bu yana Azərbaycana 8 min səudiyyəli turist gəlib. Allah qoysa, cari ilin axırına onların sayını 20 minə çatdırmağa çalışacağıq.

Pərvanə Sultanova

Paylaş:
986

Sizin üçün xəbərlər

Son xəbərlər

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08
Bütün xəbərlər