Səfir: "Bu məsələlər həll olunsa, minlərlə iordaniyalı turist Azərbaycana gələr" | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: "Bu məsələlər həll olunsa, minlərlə iordaniyalı turist Azərbaycana gələr"

10:23 - 03 / 05 / 2017
Səfir: "Bu məsələlər həll olunsa, minlərlə iordaniyalı turist Azərbaycana gələr"

Azərbaycan gələn həftə daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Mayın 12-dən başlayaraq ölkəmizdə  IV İslam Həmrəyliyi Oyunları start götürəcək.

On gün davam edəcək idman yarışlarında digər müsəlman ölkələri ilə yanaşı İordaniya da fəal iştirak edəcək.

İordaniya Haşimilər Krallığının Bakıdakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh  1news.az-a müsahibəsində  IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti, ölkəsinin bu yarışlarda iştirakı, ikitərəfli əlaqələr və digər məsələlərdən danışıb.

-Cənab səfir, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarına hazırlığın səviyyəsi barədə nə deyə bilərsiniz?

-Biz ilk növbədə Azərbaycana və onun rəhbərliyinə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinə görə minnətdarlığımızı bildiririk. Eyni zamanda Prezident İlham Əliyevin bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini çox yüksək qiymətləndiririk. Təbii ki, “İslam Həmrəyliyi ili çərçivəsində Azərbaycannın təşəbbüsü ilə bir sıra böyük işlər görüldü, tədbirlər həyata keçirildi. Bu tədbirlərdən biri kimi İslam Həmrəyliyi Olyunlarını göstərmək olar.

Əminik ki, Azərbaycanda bu oyunlara hazırlıq yüksək səviyyədə, çox gözəl təşkil olunub və böyük uğurla keçiriləcək. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın mühüm beynəlxalq tədbirlər keçirməklə bağlı böyük təcrübəsi var. Ölkənizin ilk Avropa Oyunlarını bənzərsiz şəkildə keçirməsinin şahidi olduq.  Bu kimi fəaliyyətlər və tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzuna böyük töhfə verir.

-İordaniya IV İslam Həmrəyliyi Oyunlarında necə təmsil olunacaq?

-İordaniya bu oyunlarla çox yaxından maraqlanır. Biz idman tədbirinə böyük nümayəndə heyəti ilə qatılacağıq. Nümayəndə heyətinə rəhbərlik edənlər arasında Haşimilər ailəsinə məxsus şahzadə xanımlardan biri, həmçinin, İordaniya Olimpiya Komitəsinin icraçı direktoru olacaq. Oyunların rəsmi açılış mərasimində isə Parlamentin Nümayəndələr Palatasının sədri Atif Tarauna və bir sıra deputatlar iştirak edəcəklər.

İordaniya idman nümayəndə heyəti 110 nəfərdən çox olacaq və onlar idmanın müxtəlif növlərini təmsil edirlər. Nəticələrdən asılı olmayaraq, bu oyunlarda çox fəal iştirak etməyi düşünürük. Əsas odur ki, biz burda azərbaycanlı qardaşlarımızla bir yerdə olacağıq.

-İslam Oyunlarında iştirak edəcək idmançılarınızın şanslarını necə dəyərləndirirsiniz?

-İdmanda öncədən proqnoz etmək bir qədər çətindir. Ancaq güman edirəm ki, idmançılarımız çoxlu medal qazana bilərlər. Sonuncu dünya çempionatında iordaniyalı taekvondoçu bir qızıl medal qazanmışdı, digər idmançılarımız da medallar əldə etmişdilər. Yaxşı nəticələr gözləyirik, eyni zamanda Azərbaycan komandasına da uğurlar diləyirik.

-Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi, həmçinin bu cür tədbirlərin keçirilməsi İslam dünyası arasında  əlaqələrin möhkəmlənməsinə hansı təsiri göstərir?

-Adətən siyasət ölkələr arasındakı əlaqələri müəyyən edir. Eyni zamanda siyasət dövlətlər arasında ixtilafların yaranmasına da səbəb olur. Əgər İslam ölkələri arasında birlik, yekdillik istəyiriksə, o zaman ilk növbədə xalqların maraqlarından çıxış etməliyik. İnsanlar arasında təmaslar, əlaqələr xalqları bir-birinə yaxınlaşdıran amildir. Bu çərçivədə İslam Oyunlarını qeyd etmək olar. Çox sayda ölkələrin və idmançıların bu oyunlarda iştirakı İslam xalqları və dövlətləri arasında yaxınlaşmanı təmin edən vasitələrdən biridir. Baxmayaraq ki, onların arasında siyasi ixtilaflar da ola bilər.

-İordaniyadan turistlərin İslam Oyunlarında Azərbaycana gəlməsi gözlənilirmi?

-Bu, əlbəttə ki, şəxsi istəkdən asılıdr. Amma İordaniyada Azərbaycana çox böyük maraq var. Ola bilsin ki, çoxsaylı turistlər gəlsinlər.

-Azərbaycan son illər əsas diqqəti turizm sektorunun inkişafına yönəldib. Bu mənada iki ölkə arasında turizm əlaqələrini necə qiymətləndirirsiniz? Bu sahədə inkişafa nail olmaq üçün hansı işlər görülür?

-Azərbaycanın tədricən inkişaf edən turizm dövlətinə çevrilməsini müşahidə etmək mənim üçün çox xoşdur. Turizm Azərbaycanda böyük gəlir gətirən sahələrdən biri ola bilər, ölkənin belə bir imkanı var. İndiyə kimi bu sahədə çox gözəl addımlar atılıb. Göstərilən səylərin nəticələrini biz artıq görürük və bunu yüksək qiymətləndiririk.

Bu yaxınlarda İordaniyada idim və ölkəmdə Azərbaycana turizm baxımından çox böyük marağın şahidi oldum. Ancaq bizim bu sahədə irəli getməyimiz üçün iki mühüm məqamı qeyd etmək istəyirəm: birincisi, İordaniya vətəndaşları üçün viza məsələsinin aradan qalxması, ikincisi isə Bakı ilə Əmman arasında birbaşa hava reysinin açılması.

Biz bu sahədə çalışırıq və əgər bu iki məsələni həll edə bilsək, minlərlə İordaniya vətəndaşı turizm, ticarət məqsədilə Azərbaycana gələcək.

-Bu məsələlərlə bağlı müzakirələr gedirmi və hansı mərhələdədir?

-Biz daim bu istiqamətdə müzakirələr aparırq və qeyd edilən məsələlər üzrə hər iki tərəfin də mövqeyi anlaşılandır. Yəni tərəflər bir-birini başa düşürlər. Güman edirəm ki, biz yaxın vaxtlarda bu müzakirələrin nəticəsinin şahidi olacağıq.

-Birbaşa reysin açılması ilə bağlı danışıqlar AZAL-la aparılır?

-Bu məsələ ilə bağlı artıq AZAL-a təklif olunub. İordaniyanın aviaşirkət rəhbərləri ilə bu yaxınlarda söhbətim oldu və onlar məsələ ilə ciddi məşğul olacaqlarını bildirdilər. İordaniya ilə Gürcüstan arasında artıq birbaşa hava xətti açılıb. İki ölkə arasında viza aradan qaldırılıb. Gürcüstana səfərdə böyük fəallıq var. İordaniyadan Bakıya birbaşa reys açılması məsələsi öyrənilir. Arzu edərdik ki, tezliklə bu reys açılsın.

Həmçinin, çoxsaylı insanların səfərlərini istəyirksə, vizanı da aradan qaldırmaq lazımdır. Necə ki, bunu İordaniya edib. Biz vizaları ya hava limanında veririk, ya da vətəndaş müraciət etdiyi gün, yaxud səhərisi vizanı alır. Biz Azərbaycan tərəfini də başa düşürük. Bu məsələ tədricən həllini tapır. Məsələn, bir çox ərəb ölkələrində artıq viza sadələşdirilib, inşallah İordaniya vətəndaşlarına münasibətdə də vizanın aradan qaldırılacağına ümid edirik.

-İki ölkənin əlaqələrinin inkişafını ümumi olaraq necə qiymətləndirirsiniz?

-Ümumi qiymətləndirsək, mən iki ölkənin münasibətlərinin səviyyəsindən razıyam. Ancaq burada bəzi boşluqlar var ki, biz onlar üzərində işləməliyik və işləyirik. İki ölkə arasında daimi qarşılıqlı əlaqələr, danışıqlar mövcuddur. İlk növbədə Azərbaycan tərəfinin səylərini qiymətləndirmək istəyirəm. Yəni Azərbaycanın səyləri böyükdür. Ölkə bir çox beynəlxalq tədbirlərdə, konfranslarda fəallıq göstərir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə İordaniyanın rəsmi şəxsləri hər zaman təmsil olunurlar.

-İqtisadi sahədə əməkdaşlıqda nə kimi yeniliklər var?

-Bu sahədə də müəyyən boşluqlar var. Bu boşluqları doldurmaq üçün birgə səylərimizi davam etdirməliyik. Təəssüf ki, bu sahədə əlaqələr hələ ki, zəifdir.

Bu məqsədlə biz keçən ay Əmmanda ikitərəfli hökumətlərarası komissiyanın növbəti iclasını keçirməyi planlaşdırırdıq. Komissiyanın iclası çərçivəsində biznes forum da keçirməli idik. Lakin həmin vaxt Ərəb Dövlətləri Liqasının konfransı keçirilirdi və iki tədbir üst-üstə düşdüyü üçün komissiyanın tədbiri təxirə salındı. Çünki indiki müasir şəraitdə bu konfransın keçirilməsi çox mühüm bir hadisə idi. Ona görə də məcbur olduq ki, komissiyanın iclasını təxirə salaq və güman edirəm ki, iclas bu ilin ikinci yarısında keçiriləcək.

-İclasda hansı məsələlərin müzakirəsi nəzərdə tutulub?

-İndiyə kimi iki tərəf arasında 30-dan çox saziş və protokol imzalanıb. Bunların imzalanmasından demək olar ki, uzun müddət keçib. Ona görə də həmin sənədlərə yenidən baxılmasına ehtiyac var. İkincisi,  iqtisadi-ticari əlaqələrin inkişafı yolunda dayanan maneələrin hansı vasitələrlə aradan qaldırılması məsələsinə baxıla bilər. Üçüncüsü, həmin iclas çərçivəsində hər iki tərəfdən olan investorlar, iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. İki ölkə arasında iqtisadi sahədə yaxın və uzaq perspektivlərə olan imkanlar nəzərdən keçiriləcək. Yəni bu iclas xüsusilə özəl sahədə yeni müştərək obyektlərin yaradılması, hökumət təşkilatları arasında əməkdaşlığın inkişafının müzakirəsi məqsədini daşıyır.

Komissiyanın iclası bu kimi məsələlərin həll olunmasına öz töhfəsini verəcək.

-“Made in Azerbaijan” brendinin İordaniya bazarına çıxarılması perspektivini necə görürsünüz? Həmçinin, İordaniyanın hansı məhsulları Azərbaycana gətirilə bilər?

-Bu, çox mühümdür. İordaniya sənaye məhsullarının istehsalında böyük bir mərhələ keçib. Həmçinin, İordaniyanın Avropa İttifaqı ölkələri və ABŞ-la azad ticarətə dair  sazişi var. Bu sazişlərə əsasən, İordaniyada istehsal olunan məhsullar ABŞ və Aİ ölkələrinə göndərilir. İordaniyanın özündə bir çox sənaye rayonları var. Onlardan biri Kyü Ayzidir. Bu region yalnız xaricə məhsul ixrac etmək məqsədini daşıyır.

Azərbaycan da İordaniyanın bu imkanlarından yararlana bilər. İstərsə İordaniya vasitəsilə, istərsə də ölkəmizin bu sahədəki təcrübəsindən istifadə edə bilər. İordaniya neft ölkəsi deyil və yalnız öz sanayemizə, kənd təsərrüfatımıza, istehsalımıza əsaslanırıq. Bu sahələrdə böyük təcrübəmiz var. Azərbaycanla təcrübəmizi bölüşməyə həmişə hazırıq.

İki tərəf arasında ticarət əlaqələlərini həvəsləndirməliyik. Azərbaycanda elə məhsullar istehsal olunur ki, İordaniyada onlara böyük ehtiyac var.

-Məsələn, hansı məhsullar?

-Siz ölkəniz yeni bir mərhələyə daxil olur. Azərbaycanda çox keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal olunur, həmçinin şirələri, cemləri, mürəbbələri qeyd etmək olar. Mal-qara, heyvandarlıq sahəsində də Azərbaycanın geniş imkanları var. Bir çox perspektivli sahələri qeyd etmək olar ki, inşalah onların da nailiyyətlərini yaxın gələcəkdə görə biləcəyik.

Pərvanə Sultanova

Paylaş:
1730

Sizin üçün xəbərlər

Son xəbərlər

FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51
Bütün xəbərlər