Turan Talıbova: SOCAR İstiqrazları yüksək gəlirli və çox əlverişli bir yatırımdır – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Turan Talıbova: SOCAR İstiqrazları yüksək gəlirli və çox əlverişli bir yatırımdır – VİDEO

11:14 - 13 / 04 / 2017
Turan Talıbova: SOCAR İstiqrazları yüksək gəlirli və çox əlverişli bir yatırımdır – VİDEO

Yüksək gəlirliyi, geri alma zəmanəti və likvidliyinin yüksək olması səbəbindən SOCAR İstiqrazları çox əlverişli bir yatırım vasitəsidir və bu xüsusiyyətlərə görə, digər yatırım alətlərini  üstələyir.

1news.az-a şirkətdən verilən xəbərə görə, bu barədə SOCAR Capital şirkətinin nümayəndəsi Turan Talıbova faiz ödənişinin detallarını açıqlayıb:

- Turan xanım, xahiş edirik, ilk öncə SOCAR İstiqrazları üzrə faiz ödənişi barədə məlumat verərdiniz.

- Əvvəlcə xatırladım ki, ildə 5% gəlir gətirən və dollarla buraxılan SOCAR İstiqrazları üzrə faizlər hər 3 aydan bir ödənilir. Aprelin 17-də SOCAR İstiqrazları üzrə ikinci ödəniş olacaq. SOCAR şirkəti faiz ödənişləri üçün istiqraz sahiblərinin bank hesablarına ümumilikdə 1 milyon 250 min dollar köçürəcək.

- Hər istiqraz nə qədər qazanc gətirir?

- SOCAR İstiqrazlarının sahibləri  hər bir istiqraz üçün 12,5 dollar qazanc əldə edirlər. Pul bank hesabına köçürüləndə istiqraz sahiblərinin mobil nömrələrinə SMS bildiriş gələcək. İstiqraz sahibləri bu pulları istədikləri vaxt və istədikləri formada xərcləyə bilərlər.

- Faizlərin ödənişi üçün tələb olunan məbləğ SOCAR tərəfindən bank hesablarına nə vaxt köçürüləcək?

- Əvvəlcədən nəzərdə tutulan qrafikə əsasən, bu həftənin sonunda, yəni aprelin 14-də istiqrazların faiz ödənişi üçün tələb olunan məbləğ - istiqraz sahiblərinin bank hesablarına göndəriləcək. Artıq aprelin 17-də bu vəsaitlər hesablara oturacaq və onlar pullarını götürə biləcəklər.

- Bu vəsaitlərin bankdan nağd şəkildə çıxarmaqla bağlı problem olmayacaq  ki?

- Xeyr, bildiyiniz kimi, hazırda onsuz da dollar vəsaitlərinin bankdan çıxarılması ilə bağlı problem yoxdur. Biz bu barədə banklarla da əlaqə saxlamışıq və onlar əmin ediblər ki, istiqraz sahiblərinin öz faiz qazaclarını bankdan çıxarmaları ilə bağlı heç bir sıxıntı olmayacaq.

- Təkrar bazarda istiqrazların alqı-satqısı üzrə aktivlik necədir?

- SOCAR İstiqrazlarının təkrar bazarda da alqı-satqısı çox aktivdir. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 milyon dolları keçib. Təkçə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd  istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 milyon dollardan çoxdur.

Xüsusi olaraq qeyd etmək istərdim ki, SOCAR İstiqrazları əldə edən fiziki şəxslərin sayı çoxalıb. Bu – istiqraz bazarındakı aktivliyin ən böyük göstəricidir.

- Xarici vətəndaşlar SOCAR istiqrazları almağa maraq göstərirmi?

- Bəli, maraq göstərir. Yüksək gəlirliyi, geri alma zəmanəti və likvidliyinin yüksək olması səbəbindən SOCAR İstiqrazları çox əlverişli bir yatırım vasitəsidir və bu xüsusiyyətlərə görə, digər yatırım alətlərini  üstələyir. Nəticədə onlara yerli investorlardan savayı, xarici investorlar tərəfindən də maraq böyükdür.

- Daha çox hansı ölkələrin vətəndaşları istiqraz alırlar?

- Əsasən Rusiya, Türkiyə, Ukrayna,Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları müraciət edərək SOCAR İstiqrazları əldə ediblər. Hətta bəzi xarici vətəndaşlar məhz SOCAR İstiqrazlarını əldə etmək üçün başqa ölkələrdən gəliblər. Onu da qeyd etmək lazımdır ki, onlar tərəfindən alınan  istiqrazlarında sayı  yüksəkdir.

- SOCAR İstiqrazları üzrə bundan sonrakı faiz ödənişləri nə vaxt olacaq?

- Əvvəlcədən elan olunduğu kimi, SOCAR İstiqrazları üzrə faiz ödənişləri yanvarın 17-si, aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-də olacaq. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində faizlər bu qrafiklə ödəniləcək. Deməli, istiqraz sahibləri bu il ərzində növbəti faiz ödənişlərini iyulun 17-də və oktyabrın 17-də alacaqlar.

1news.az

Paylaş:
3172

Son xəbərlər

Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15
Bütün xəbərlər