ÜAK üzvü Kamran Rüstəmov bu qurumun ləğvi ilə bağlı məsələlərə aydınlıq gətirib – TƏFƏRRÜATLAR | 1news.az | Xəbərlər
Müsahibə

ÜAK üzvü Kamran Rüstəmov bu qurumun ləğvi ilə bağlı məsələlərə aydınlıq gətirib – TƏFƏRRÜATLAR

16:20 - 07 / 04 / 2017
ÜAK üzvü Kamran Rüstəmov bu qurumun ləğvi ilə bağlı məsələlərə aydınlıq gətirib – TƏFƏRRÜATLAR

Son günlər Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlar həm Azərbaycan cəmiyyətinin, eləcə də xaricdə yaşayan həmyerlilərimizin ciddi narahatlığına səbəb oldu.

Xatırladaq ki, Rusiyanın Ədliyyə Nazirliyi aprelin 11-də Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı verilmiş qərara aydınlıq gətirəcək. Qərar Rusiyanın Ali Məhkəməsi tərəfindən qəbul ediləcək.

Yaranmış vəziyyətlə bağlı Avropa Azərbaycanlıları Konqresi və Diasporla İş üzrə Dövlət Komitəsi də çoxsaylı azərbaycanlı icmaları birləşdirən  təşkilatın ləğv edilməməsi üçün bəyanatla çıxış ediblər.

Məsələnin nizamlanması, eləcə də baş vermiş hadisə ilə bağlı ÜAK prezindentinin məsləhətçisi, Konqresin Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov 1news.az-a müsahibə verib:

- Kamran müəllim, ÜAK ətrafında son günlər anlaşılmaz proseslər gedir. Baş verənlərə bir qədər aydınlıq gətirə bilərsinizmi?

- İlk olaraq qeyd edim ki, ÜAK Rusiyanın 70 regionundakı bölmələri birləşdirən, əsası ümummilli lider Heydər Əliyev və Rusiyanın prezidenti Vladimir Putin tərəfindən qoyulmuş nəhəng təşkilatdır. Bu təşkilatı ləğv etmək asan məsələ deyil.

Əlbəttə ki, bu cür çoxşaxəli təşkilatın fəaliyyətində hansısa nöqsan, çatışmazlıqlar ola bilər, bu normaldır. Lakin ÜAK heç bir zaman qanun pozuntularına yol verməyib, fəaliyyətində ciddi səhvləri olmayıb, hər zaman qanun çərçivəsində çalışıb. Buna görə də hesab edirəm ki, bu cür təşkilatın ləğvi kökündən yanlışdır.

- Hazırda ÜAK-ın fəaliyyətinin dayandırılması məsələsi ilə bağlı hədələr nə dərəcdə realdır?

- İlk olaraq qeyd edim ki, Rusiyada ictimai təşkilatlarla bağlı qanuna tez-tez dəyişiklik və əlavələr edilir. Buna görə də müvafiq qurumlar bunları öz fəaliyyətlərinə tətbiq etməlidir.

Ötən ilin dekabrında ÜAK-da iclas keçirilib və qəbul edilən yeni nizamnaməni Rusiyanın Ədliyyə Nazirliyinə təqdim edilib.

Biz nazirliyin tövsiyələrinə əsasən sənədə dəyişiklik etmişik və yenidən nazirliyə təqdim etmişik. İndi isə cavabı gözləyirik.

- Bəs Rusiya ictimaiyyəti ÜAK-ın fəaliyyətinin dayandırlmasını necə qəbul etdi?

- Azərbaycan-Rusiya münasibətləri artan inkişafla irəliləyir. Yaxın zamanlarda Rusiyanın ictimai xadimi Sergey Markov (politoloq, prezident Putinin etibar etdiyi şəxsdir) dedi ki, Rusiya Azərbaycana böyük dostu kimi baxır.

Bununla yanaşı o, qeyd edib ki, indiyədək bir dəfə də olsun Azərbaycan ərazisindən Rusiyaya terrorçu daxil olmayıb. Hər zaman söyləmişəm ki, terrorçuluq ümumdünya problemidir və hazırda ona qarşı bütün bəşəriyyət mübarizə aparmalıdır. Azərbaycan da terrorla mübarizəyə böyük töhfələr verir.

- Hazırda ÜAK hansı məqsədlərə diqqətini cəmləşdirib?

- Hazırda qarşımızda üç əsas və vacib məqsəd dayanır: Rusiya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizin tarixi, mədəniyyəti, inkişaf prosesləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqda. Bu gün bu istiqamətdə müəyyən problemlər var. İkincisi isə - Azərbaycanla Rusiyanın maraqlarının qarşılaşdığı məqamları axtarıb tapmaq. Üçüncüsü isə - gənclərin əməkdaşlıq və qarşılıqlı anlaşma istiqamətində tərbiyəsidir.

Təşkilat Rusiyaya aid olduğundan – bu ölkənin maraqlarını saxlamaq işimizdə daha vacibdir. Fəaliyyətimiz zamanı Azərbaycan dövlətinin maraqları ilə Rusiyanın maraqlarının üst-üstə düşməsinə çalışırıq.

Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Vladimir Putin ikitərəfli münasibətlərin inkişafında təşkilatın rolunu yüksək qiymətləndirib. Dövlət başçımızın bu cür qiymətləndirməsi  ÜAK fəaliyyətinin bariz nümunəsidir.

- Necə hesab edirsiniz, bütün bunların arxasında Azərbaycan-Rusiya əməkdaşlığının inikişafına sevinməyən qüvvələr dayanırmı?

- Bu suala cavab vermək üçün, ilk növbədə vurulmuş Rusiya təyyarəsindən sonra Türkiyə-Rusiya münasiblərinin pisləşməsini xatırlamaq kifayətdir. Xatırlayın, o zamanlar kimlər Rusiya televiziyalarında çıxış edirdi, gizlində isə baş verənlərə sevindi. Beləcə də, Rusiya-Azərbaycan münasibələri bir çoxlarını narahat edir.

Yaxın zamanlarda Azərbaycan, Rusiya ekspert və deputatlarının iştirakı ilə telekörpü keçirildi. Elə həmin verilişdə də Markov bu cür çıxışların Rusiya-Azərbaycan-Türkiyə formatında dəyirmi masada keçirilməsini təklif etdi.

Tarixə nəzər salsaq, ilk xaç yürüşləri türk və ruslara yönəlib və ya Birinci Dünya müharibəsi Osmanlı və Rusiya imperiyalarının dağılmasına səbəb olub. Bu gün də həmin hadisələr davam edir. Putun Türkiyə ilə münasibləri düzəltmək və dostluq etməyi, Azərbaycanın isə Rusiya-Türkiyəni birləşdirən yaxşı körpü olduğunu anlayan ilk Rusiya dövlət başçısıdır. Düşünürəm ki, münasibətlərimiz ətrafındakı yaxşı ab-hava hansısa qara qüvvələrə hadisələri mənfi məcraya sürükləməyə imkan verməyəcək.

- Vəziyyəti necə nizamlamağı düşünürsünüz? Bu istiqamətdə hansısa tədbirlər görülürmü?

-  Bu məsələdə başlıca məqam odur ki, bizi Rusiyanın geniş ictimaiyyəti, deputatları, ekspert cəmiyyəti dəstəkləyir. Öz tərəfimizdən təşkilat olaraq hüquqi addımlar atırıq. Ümid edirəm bu addımlar sonda vəziyyətin tamamilə düzəlməsinə, məsələnin müsbət həllinə gətirib çıxaracaq.

1news.az

Paylaş:
1808

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər