Zaur Məmmədov: “Xaricdəki nümayəndələrimiz arasında vətənə biganəliyin şahidi oluruq ki, bu olduqca utancverici bir haldır” | 1news.az | Xəbərlər
Müsahibə

Zaur Məmmədov: “Xaricdəki nümayəndələrimiz arasında vətənə biganəliyin şahidi oluruq ki, bu olduqca utancverici bir haldır”

13:12 - 06 / 03 / 2017
Zaur Məmmədov: “Xaricdəki nümayəndələrimiz arasında vətənə biganəliyin şahidi oluruq ki, bu olduqca utancverici bir haldır”

1news.az politoloq, siyasi elmlər namizədi Zaur Məmmədovla müsahibəni təqdim edir.

- Cəbhədə baş verən hadisələrlə bağlı diaspora təşkilatlarımız hansı tədbirləri həyata keçirməlidirlər?

- Cəbhədə baş verən hadisələrin fonunda diaspora təşkilatları fəaliyyətlərinə daha məsuliyyətlə yanaşmalıdırlar.

Son zamanlar cəbhədə baş verən, ardı-arası kəsilməyən döyüşlər dünya ictimaiyyətinin diqqətini yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Sözsüz ki,  XXI əsrdə baş verən bütün münaqişələrdən qalib çıxmaq üçün təkcə güclü ordu kifayət deyil. Eyni zamanda informasiya müharibəsində də qalib gəlmək lazımdır. Ukrayna, Suriya hadisələri informasiya müharibəsinin nə qədər vacibliyini bir daha sübut etmiş oldu. İnformasiya müharibəsində ən vacib yerlərdən birini təbii ki, xaricdə yaşayan azərbaycanlılar, onların diaspora təşkilatları tutur.

Tarixən hər bir ölkənin xarici siyasətinin uğurlarında, ölkənin müsbət imicinin qorunub saxlanılmasında xaricdə yaşayan təşkilatlanmış həmvətənlər mühüm rol oynayıblar. Hər bir ölkənin xarici siyasətində başlıca bir neçə resurs vardır. Azərbaycanın siyasi, intellektual, demoqrafik, iqtisadi, energetik və coğrafi potensialı onun xarici siyasətinin resursudur. Əgər energetika siyasəti dövlətimizin əsas xarici siyasi resursudursa, xaricdə fəaliyyət göstərən, yaxşı təşkilatlanmış diaspora birlikləri də vacib resurslarımızdan biridir. Beynəlxalq təhlükəsizliyin artırılması və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə diaspora siyasətinin nə qədər vacib olduğunu başa düşmək heç də çətin deyil.

Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti gənc dövlətin inkişaf  yolunun üstündə əsas maneə olan və onun milli maraqları üçün təhlükə mənbəyi sayılan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Digər münaqişələr kimi bu münaqişədə də tərəflər arasında informasiya müharibəsinin getdiyinin şahidiyik. İnformasiya müharibəsi bəzən səngərdən də vacibdir. Ona görə indiki şəraitdə Azərbaycan üçün güclü diaspora olduqca lazımlıdır.

- Dezinformasiyalara qarşı necə mübarizə aparmaq lazımdır:

- Cəbhədə sonuncu dəfə vəziyyətin gərginləşdiyi vaxt bir daha şahid olduq ki, xaricdə Azərbaycanı istəməyən, bu müharibədə erməni mövqeyindən çıxış edən, ölkəmiz haqqında dezinforimasiyalara, təxribat materiallarına geniş yer verən kütləvi informasiya vasitələri, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst mətbuat orqanları kifayət qədər çoxdur. Bu səbəbdən indiki vəziyyətdə xaricdə Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin düzgün əks etdirilməsi üçün xaricdəki soydaşlarımız, təşkilatlarımız əsas istiqamətləndirici qüvvədirlər. Xarici dilləri yaxşı bilən tələbə-gənclər sosial şəbəkələrdə daha aktiv olmalı, düşmənin təxribat xarakterli reallığı əks etdirməyən məlumatlarına dəqiq və məntiqli cavab verməlidirlər.

- Azərbaycan diasporasının fəaliyyəti size qane edirmi?

- Müstəqil Azərbaycanın tarixində diaspora quruculuğunda Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyevin sərəncamı əsas rol oynayıb. Bu bir tarixi proses idi. Cənab prezident İlham Əliyev tərəfindən 2008-ci ilin noyabr ayında  Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması dövlətimizin bu istiqamətə xüsusi diqqət yetirməsinin bariz nümunəsidir.

Bugün demək olar ki, dünyanın əksər ölkələrində Diaspora Komitəsinin dəstəyi ilə Azərbaycan təşkilatları yaradılıb. Ümumiyyətlə, olduqca çətin və məsuliyyətli bir məsələ ilə məşğul olan Komitənin xaricdə yaşayan azərbaycanlıların güclənməsindəki rolunu danmaq olmaz. Həmin birliklərin əsas vəzifəsi xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə təşkilatlanmaları, həmin cəmiyyətlərə inteqrasiya olmalarıdır.

Lakin, eyni zamanda qeyd etmək yerinə düşər ki, diaspora siyasəti təkcə yuxarıdan aşağıya, vertikal şəkildə istiqamətlənməməlidir. Bu diaspora sahəsini xarici siyasətimizdəki digər resurslarımızdan fərqləndirən əsas amildir. Hər bir azərbaycanlı getdiyi ölkədə fərdi şəkildə yaşamamalı, xalqımıza aid olan təşkilatlarla əlaqədə olmalıdır. Təəsüflər olsun kı, bəzən oxumaq, işləmək, yaşamaq dalınca xaricə üz tutan nümayəndələrimiz arasında vətənə və dövlətə biganəliyin şahidi oluruq. Bu olduqca utancverici bir haldır.

- Bəzi ölkələrdə Azərbaycanın bir neçə diaspora təşkilatı var. Onların fəaliyyəti bir-birinə mane olurmu?

- Təəsssüflər olsun ki, xaricdəki bəzi təşkilatlarımız pərakəndə şəklində fəaliyyət göstərirlər. Misal üçün, milyonlarla azərbaycanlıların yaşadığı Rusiyanın hər şəhərində bir neçə diaspora təşkilatları fəaliyyət göstərir. Bu isə təbii ki, diasporanın fəaliyyətinə ciddi zərbə vurur. Bir şəhərdə bir neçə azərbaycanlı icma birlikləri arasında tez-tez kəskin münaqişələr ortaya çıxır.

Bir çox diaspora təşkilatlarının adı mövcud olur, lakin real işlərlə məşğul olmurlar. Şəxsi maraqları naminə fəaliyyət göstərən bu icmalar vətənimiz üçün təəsüflər ki, heç bir iş görmürlər. Əksinə bir-birilərinin sıradan çıxması ilə məşğul olaraq Azərbaycan diasporasına ağır zərbələr vururlar. Bu kimi hallar Belarus, Ukrayna kimi dövlətlərdəki diaspora təşkilatları arasındakı münasibətlərə də aiddir. Onlarla profilaktik təlimlərin keçirilməsi olduqca vacibdir. Diaspora, vətənpərvərlik, dövlətçilik siyasi şüurla, siyasi mədəniyyət ilə bağlı olan məsələlərdir. Təəsüflər olsun ki, dövlətimizin diaspora siyasətinə mühüm yer verdiyi halda, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlılar heç də həmişə çiyinlərinə aldıqları yükün məsuliyyətini hiss etmirlər.

Sonda cənab Prezident İlham Əliyevin keçən il qurultayda çıxışından sitat gətirmək istərdi:

“Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”.

Fərid Ədalət

Paylaş:
2728

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər