Hikmət Hacıyev: Ermənistanın etibarsız, qeyri-ciddi ölkəyə çevrilməsində Nalbandyanın böyük “xidmətləri” var | 1news.az | Xəbərlər
Müsahibə

Hikmət Hacıyev: Ermənistanın etibarsız, qeyri-ciddi ölkəyə çevrilməsində Nalbandyanın böyük “xidmətləri” var

13:14 - 03 / 03 / 2017
Hikmət Hacıyev: Ermənistanın etibarsız, qeyri-ciddi ölkəyə çevrilməsində Nalbandyanın böyük “xidmətləri” var

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəni təqdim edirik:

- Ermənistan xarici işlər naziri Edvar Nalbandyanın son açıqlamasını necə şərh edərdiniz?

- Edvard Nalbandyanın yubiley əhval ruhiyyəsini pozmaq istəməzdik, belə ki, o Ermənistanda qeyd olunan diplomatiya günündə həmkarları qarşısında öyünməyə çalışaraq Ermənistanın “uğurlu” xarici siyasətindən danışıb. Nalbandyanın nazir statusunda səkkiz illik fəaliyyəti dövründə Ermənistan daha da təcrid olunmuş vəziyyətə düşüb. Ermənistan bu gün etibarsız, qeyri-ciddi və öz mövqeyi olmayan tərəf kimi qəbul olunur ki, nəticə etibarilə bunda da Nalbandyanın “xidmətləri” böyükdür. Ümumiyyətlə, Ermənistanda hakimiyyət başında olan hərbi diktatura rejiminin Ermənistanı sürətli şəkildə fəlakətə və tənəzzülə apardığı hər kəsə, xüsusilə erməni xalqına aydındır.

- Nalbandyan ilin sonuna kimi qondarma rejimin ən azı bir dövlət tərəfindən tanınacağına dair proqnoz verir.

- Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsbit olunur və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi bir daha vurğulanır. Ermənistanın Azərbaycana qarşı güc tətbiq edərək işğal və hərbi təcavüz nəticəsində yaratdığı qondarma rejimi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, heç bir dövlət tanımayıb və tanımayacaq. Bu gün təxribatla məşğul olmaq əvəzinə regionda davamlı sülhü təmin etmək üçün Ermənistan münaqişənin həllinə səy göstərməlidir.

- Münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesi getdiyi halda, qondarma “referendum”un keçirilməsi, Ermənistan səfirlərinin işğal olunmuş ərazilərə səfəri, Ermənistanın qanunsuz rejimi tanıtmaq cəhdləri, cəbhə xəttində törətdiyi təxribatları nədən xəbər verir?

- Bu, bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın danışıqlar prosesində iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır. Ermənistanın əsl məqsədi işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqının həyata keçirilməsidir.  

Bir tərəfdən Ermənistan xarici işlər naziri riyakarcasına Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesində iştirakından danışır, digər tərəfdən bu kimi təxribat əməlləri ilə Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini və ümumiyyətlə danışıqlar prosesini pozur. Danışıqlar prosesində irəliləyişin olmamasının səbəbi də bundadır. Azərbaycan dəfələrlə bildirib ki, Ermənistanın cəzasızlıq sindromuna son qoymaq və münaqişənin tezliklə həlli məqsədilə danışıqlarda ciddi surətdə iştirak etməsi üçün Ermənistana zəruri siyasi-diplomatik təzyiqlər göstərilməlidir.

APA

Paylaş:
794

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər