Maroş Şefçoviç: Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasına böyük maraq göstərilməsinə çox şadam | 1news.az | Xəbərlər
Müsahibə

Maroş Şefçoviç: Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasına böyük maraq göstərilməsinə çox şadam

11:56 - 23 / 02 / 2017
Maroş Şefçoviç: Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasına böyük maraq göstərilməsinə çox şadam

Avropa Komissiyasının enerji ittifaqı məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana səfəri ərəfəsində “Eurasia Diary” analitik informasiya portalına ekslüsiv müsahibə verib.

1news.az həmin müsahibəni diqqətizə çatdırırıq:    

Müsahibəsində Maroş Şefçoviç qatılacağı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası haqqında və təmsil etdiyi qurumun Azərbaycan əlaqələri, Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol barədə suallara cavab verib.

Qeyd edək ki, Avropalı Komissiyasının yüksək çinli rəsmisi bu gün Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının üçüncü iclasında çıxış edəcək. Həmçinin, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının üçüncü iclası zamanı Avropa Komissiyası vitse-prezidenti Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakislə, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendayla, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrakla, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliçlə görüşlər keçirəcək.

- Cənab Maroş, fevralın 23-ü Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət  Şurasının 3-cü yığıncağının əsas iştirakçılarından biri kimi, görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz ? Sizin bu görüşdən gözləntiləriniz nələrdir?

- Həmrəylik və etimada əsaslanan təhlükəsiz enerji təchizatı Enerji Birliyinin əsas dayaq nöqtələrindən biridir. Bu etimad Avropa Birliyi və onun tərəfdaşları arasından daha çox AB üzvü ölkələri və onun beynəlxalq tərəfdaşları arasında qurulmalı və inkişaf etdirilməlidir. Ona görə də mən bu il Azərbaycanda keçiriləcək və Cənab Prezident İlham Əliyev tərəfindən açıq elan olunacaq Məşvərət Şurası yığıncağına böyük maraq göstərilməsinə çox şadam.

Mən səbirsizliklə layihə üzvü ölkələrin eneji nazirləri eləcə də digər tərəfdaş ölkələrin nümayəndələri ilə görüşməyi və Cənub Qaz Dəhlizi konsorsiumuna dair inşaat işlərinin gedişini qiymətləndirmək və gələcək əməkdaşlıq planlarını müzakirə etməyi gözləyirəm. Bizim məqsədimiz Cənub Qaz Dəhlizinin tərəfdaş ölkələri və təchizatçıları, nəql və enerji istehlakçıları ,xüsusilə AB bazarına Azərbaycandan davamlı təchizatın təmini üçün uzunmüddətli strateji əlaqələri gücləndirməkdir.

Bütün aidiyyatı tərəfləri Cənub Qaz Dəhlizinin vaxtında tamamlanacağına əmin etmək vacibdir. Bakıdakı görüşdə CQD ilə bağlı ən son inkişaflar üzrə nəticələri hərtərəfli qiymətləndirəcəyik və cəlb olunan hər bir ölkə üçün qalan maliyyə,  həmçinin xüsusi hüquqi və texniki məsələlərə toxunacağıq, beləliklə ilk qazın  Avropaya çatması  2020-ci ildə baş tutacaq.

- Bu görüş zamanı enerji layihələri və  enerji marşrutlarının diversifikasiyasına dair  bir sıra məsələlərə toxunulacağı gözlənilir. Bu istiqamətdə hansı aspektlərin müzakirəsi nəzərdə tutulur?

- Cənub Qaz Dəhlizi uğurlu bir göstəricidir ki, Enerji ittifaqı yalnız Avropa İttifaqı ölkələrinin sərhədləri çərçivəsində məhdudlaşmır. Bu layihə bizim partnyorlarımızın cəlb olunduğu gələcəyə hesablanmış vacib layihəmizdir. Biz qaz təchizatının diversifikasiyası və tərəfdaşlarımızın etibarlı və sabit ixrac bazarı ilə təmini baxımından Avropa İttifaqına daxil olmayan ölkələri ilə sıx əməkdaşlıq etmək istəyirik.

Bütün bunlarla yanaşı demək olar ki, enerji diversifikasiyası Avropanın Enerji Təhlükəsizliyi Strategiyasının əsasını təşkil edir. Bu bizim rəqabət gücümüzün artmasına səbəb olur və bununla da daha yaxşı xidmətlərin yaradılmasına, enerji qiymətlərinin aşağı salınmasına və  yeni iş yerlərinin yaranmasına gətirib çıxarır.Bizim mühüm hədəfimiz daha çox bir birinə bağlı olan Avropadır və Azərbaycan kimi yeni təchizatçılar da bu hədəfin bir hissəsidir. Maliyyə sualları ilə bağlı əlavə olaraq onu deyə bilərəm ki, Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri və İon-Adriatik Boru Kəmərinə dair bir sıra məsələlər müzakirə ediləcək.

 - Sizin fikrinizcə bu yeni qaz kəməri regiondakı ölkələr arasında iqtisadi və geosiyasi münasibətlərə necə  təsir edəcək?

- Cənub Qaz Dəhlizi Avropada mərkəzləşdirilmiş bazarları qarışıq bazara çevirmək və ardıcıl regional strategiya ilə enerji bazarlarını müxtəlifləşdirmək üçün uğurlu bir yoldur. Boru kəməri başa çatdıqdan sonra Xəzər dənizi Avropa bazarına daha yaxın olacaq və bununla da  Avropa  İttifaqı  Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sürətlə maraq göstərəcək. İnanıram ki, bu qaz kəməri regionda yalnız enerji təhlükəsizliyi ilə deyil eləcə də qonşu ölkələr arasında həmrəyliyi və dəstəyi də artıracaq.

- Cənab Maroş, sonda deyə bilərsinizmi, layihənin bitiş vaxtı və eləcə də Xəzər regionundan ilk qazın Avropaya tədarükü təxmini nə vaxta nəzərdə tutulur?

- Bu günə qədər əldə edilmiş irəliləyişlər göz önündədir. İlk öncə onu qeyd edim  ki, Xəzər qazının Avropa bazarlarına çatdırılması  illərdir sadəcə müzakirə mövzusu idi. Bugün isə üzləşdiyimiz bir çox çətinliklərə baxmayaraq milyardlıq müqavilələr  və Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyada davam edən tikinti işləri bir reallıqdır. Mahiyyətcə belə geniş layihənin tətbiqi zamanı təbii ki ,problemlər də olacaq.

Əminəm ki, kooperativ tərəfdaş yanaşması sayəsində Cənub Qaz Dəhlizi vaxtında həyata keçirilə  və Azərbaycan qazı 2020-ci ilə qədər  Avropaya nəql edilə bilər. Bundan başqa marşrut və ümumi baza sınaqdan keçirildikdən sonra illik 10 milyard kubmetr ilkin həcmdən sonra Cənub Qaz Dəhlizini genişləndirmək daha asan olacaq.

Paylaş:
1980

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər