Azərbaycanlı teoloq: İran prezidenti Ermənistana getməklə günah edir | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanlı teoloq: İran prezidenti Ermənistana getməklə günah edir

12:50 - 21 / 12 / 2016
Azərbaycanlı teoloq: İran prezidenti Ermənistana getməklə günah edir

1news.az teologiya üzrə fəlsəfə doktoru Rəşad Məmmədovla müsahibəni təqdim edir:

- Yaxın günlərdə İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfəri bir sıra İran xadimlərinin Bakının ünvanına tənqidlərinə səbəb oldu. Bununla yanaşı, müzakirələrə müsəlman həmrəyliyi məsələsi də irəli sürüldü. Həmçinin İran prezidenti Həsən Ruhaninin Azərbaycanın 20% torpaqlarını işğal edən Ermənistana rəsmi səfərinə geniş surətdə hazırlıqlar aparılır. İranın bu davranışına necə aydınlıq gətirmək olar?

- Ermənistan işğalçı, terrorçu dövlətdir. Və mən İran prezidenti Həsən Ruhaninin bu ölkəyə səfərini qınayıram. Bu qınağın İranla heç bir düşmənçilik əhəmiyyəti daşımır. Mən bu səfəri dini  nöqteyi-nəzərdən qınayıram ki, işğalçı ölkəyə qədəm qoymaq günahdır. Müsəlmanın bu ölkədə namaz qılması namazı gözdən salır. Bu haqda İran ayətullahlarının nizamnamələrində qeyd edilir.

Ermənistan Azərbaycan topraqlarının 20%-ni işğal edib. Və İran da bunu çox yaxşı bilir. Bu birincisi. İkincisi isə - Ermənistan Azərbaycan dövləti və xalqına qarşı zorakılıq törədib. İslam zülm edən tərəfdə deyil, zülmə məruz qalan tərəfdə olmağı tövsiyə edir. Hazırda Azərbaycan zorakılığa, zülmə, işğala məruz qalan tərəfdir. 

İranda çox yaxşı bilirlər ki, Azərbaycanda dini inancından asılı olmayaraq müxtəlif xalqlar bir-biri ilə sülh və əmin-amanlıqda yaşayırlar. Bu nöqteyi-nəzərdən  müsəlman dövlətinin prezidentinin Ermnistana səfər etməsi dini baxımdan qınanılır. Bu xeyir əməl deyil. Müsəlmana qarşı zorakılıq etmiş xalqla yan-yana dayanmaq müsəlmana yaraşan hərəkət deyil. Həmçinin Müqəddəs Quranda da hər kəsin gücü yetən iş görməsi söylənilir. Allah bilir ki, biz haqq yoldayıq, İran rəhbərliyi isə belə çıxır ki, zalımların yanındadır.

Ermənistan və İran prezidentləri Serj Sarkisyan və Həsən Ruhani

- İranın Azərbaycanı İsraillə əməkdaşlıqdan imtina etməsi çağırışı nə dərəcədə haqlıdır?

- İsrailin baş nazirinin Azərbaycana səfərinə gəlincə, deyə bilərəm ki, İsrail Azərbaycanla qonşu olan dövlətlərin ərazisinə soxulmayıb və onlara qarşı zorakılıq törətməyib. Bəhanə olaraq İran İsrail-Fələstin münaqişəsini gətirir. Buna uyğun  deyə bilrəm ki, İsrail prezidenti Şimon Peres vəfat edəndə Fələstin prezidenti Mahmud Abbas onun dəfn məraisimdə şəxsən iştirak edib. Yəni bu məsələ İsraillə Fələstin arasında həll olunmalıdır.

İrailin baş naziri,Binyamin Netanyahu Bakıdakı “Xabad-Or-Avner” təhsil mərkəzini ziyarət edib

İranın həmin regiona qarışması təbii olaraq qınanılır. Həmçinin Tehranın oraya müdaxilə etməsi gərginliyi daha da artırır. Hazırda Fələstin prezidentinin ətrafında olanlar İsraildə partlayışlar törətmir, bununla İran ideologiyasını daşıyanlar, münaqişəni daha da gəriginləşdirənlər məşğul olur.

İrain ali dini lideri azərbaycanlı gəncləri Netanyahunun Bakıya səfəri zamanı antiisrail şüarlar səsləndirməyə çağırdı. Lakin Azərbaycandan heç kim İranda yaşayan azərbaycanlıları Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar şüraların səsləndirilməsilə bağlı çağırışlar etməyib. Bu, bimənalı olaraq Azərbaycan xalqının müdrüklüyünün, böyüklüyünün, tolerantlığının, digər qonşu dövlətlərə hörmətinin bariz nümunəsidir.

 

Ermənistan və İran prezidentləri Serj Sarkisyan və Həsən Ruhani

- Yəni İranın Azərbaycanı İsraildən uzaqlaşdırmaq üçün heç bir şansı yoxdur?

- Əgər İsrail İran torpaqlarına soxulsaydı, oranı işğal etsəyi Tehran Azərbaycandan qonşu dövlət kimi addım atmasını gözləyə bilərdi. Bu gün isə İranın Azərbaycanın siyasətinə qarışmağa heç bir haqqı yoxdur. Xalqımıza İran ideologiyasını calamaq lazım deyil. Onlar hətta Quran ayələrini öz maraqlarına uyğun izah edirlər. Lakin Qurani-Kərim yəhudiləri lənətləmir, orada yalnız Musa peyğmbəri qəbul etməyənlər lənətlənir. Buna görə də biz, ayələrin təhrif olunması ilə gənclərimizin beyinlərinin yuyulmasını qınayırıq. Bu qınağa hər kəs qoşulmalıdır. Hər bir gənc, hər bir müsəlman bu məsələdə ayıq olmalıdır.

İranın Azərbaycanın siyasətinə qarışmağa heç bir haqqı yoxdur. Bununla bağlı hesab edirəm ki, ilk növbədə mübahisələrə siyasətçi və deputatlar qarışmadan öncə, İran tərəfinə ixtisaslaşmış teoloqlar arqumentlərini təqdim etsinlər. Biz onlara göstərməliyirk ki, Azərbaycan sivil dövlət olan, öz ərazi bütövlüyünü təmin etmək üçün istənilən dövlətlə əməkdaşlıq edərək, erməni işğalı və terrorunu ləğv edəcək.

1news.az

Paylaş:
1242

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər