Dünya çempionu Ramil Əhməd pauerliftinq, ciddi məşq və cazibədar bədən quruluşunun sirləri haqda – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Dünya çempionu Ramil Əhməd pauerliftinq, ciddi məşq və cazibədar bədən quruluşunun sirləri haqda – FOTO

15:45 - 30 / 11 / 2016
Dünya çempionu Ramil Əhməd pauerliftinq, ciddi məşq və cazibədar bədən quruluşunun sirləri haqda – FOTO

Çətinliklərin öhdəsindən gəlmək, həyatı və peşəni dəyişmək, eləcə də şöhrətə nail olmaq. Bütün bu sadalananlar həmyerlimiz – pauerliftinq üzrə dünya çempionu və üçqat Avropa çempionu Ramil Əhmədə aiddir.

Bir il öncə Ramil Əhməd sadə dövlət qulluqçusu idi, lakin o, sevdiyi iş – idman üçün peşəsini dəyişmək qərarına gəlib. Hazırda Ramil məşhur idmançı və uğurlu məşqçidir. Ramil öz işini gəlir gətirən hobbi adlandırır.

1news.az məşhur pauerliftinq çempionu Ramillə onun idmana gəlişindən, hazırki yaşayışından, eləcə də məşqçiliklə bağlı maraqlı söhbət aparıb.

- Azərbaycan ictimaiyyətində idmana münasibətlə bağlı hansı tendesiyalarla qarşılaşırsınız?

- Ümumilikdə danışıdıqda idmanın bütün növlərində inkişaf hiss olunur. İnsanlar daha çox idmanla maraqlanmağa başlayıb. Sıravi insanlarda da sağlam həyat tərzi ilə bağlı təəssüratlar yaranıb. Mən ilk dəfə idman zalına 2007-ci ildə gəldim. Çünki əynimə geyindiyim paltarlar yaxşı görünmürdü.

Əgər insanların zala gəlişindən danşsaq deyə bilərəm ki, indi gənclər düşünülməmiş formada məşq edirlər. Hər kəs istəyir ki, qamətli bədən quruluşuna sahib olsun. Bu da gənclərin müxtəlif tərkibli preparatlar qəbul etməsinə gətitirib çıxarır. Bu məsələdə vəzifəmiz onları düzgün istiqamətə yönəltməkdir. Orta yaşlı nəsildən danışsaq, onların da idmana qarşı fikirləri dəyişib. Əvvəllər bizdə belə bir fikir formallaşmışdı ki, kişini qarnı olar.

- Başqa sözlə desək, insanlar zala tez-tez gəlməyə başlayıb?

- İlk növbədə,yaraşıqlı görünmək üçün gəlirlər. İkincisi isə, onlar öz sağlamlıqlarına diqqət edirlər. Bundan əlavə, yalnız yaraşıqlı görünmək üçün idmanla məşğul olanlar zamanla anlayırlar ki, ən başlıcası – sağlamlıqdır.

- Bakıda idmanla məşğul olmaq dəb halına çevrilib?

- Müəyyən dərəcə də bəli. Kimsə oxuyur, hardansa eşidir ki, hasısa tanışı və ya məşhur insan bizim zala - VITR Fitness gəlir, o insanda da istək yaranır. Lakin çox az adam idman zalının düzgün seçilməsini dərk edir.

- Zala gələn insanlar şəxsi məşqçi heyəti ilə bağlı müraciət edirlər?

- Bilirsiniz ki, mən VITR Fitness-də məşqçi kimi çalışıram. İşimizi elə qururuq ki, istənilən müştəri məşqçinin nəzarəti altında olsun. Hər bir kəs üçün fərdi proqram qurulur. Məşqçi onunla ayda 3-4 dəfə məşğul olur. Əgər o, məşq zamanı hansısa səhvlər buraxırsa biz ona yardım edirik. Fərdi məşqlərə gəlincə, bunun fərqi ondan ibarətdir ki, məşqçi müştərinin daim yanında olur, onunla müntəzəm məşğul olur.

- İdman zalı seçərkən nələrə diqqət etmək lazımdır?

- İlk növbədə zal haqda məlumatlar əldə etmək lazmdır. Zalda isə hər şey sizi resepşnda necə qarşılandığınızdan başlayır. Daha sonra isə zaldakı şərait, ab-hava, məşqçilərin işə yanaşma tərzinə diqqət edin. Müştəri özünü zalda rahat hiss etməlidir.

- Hansı yaşda məşq etməyə başlamaq lazımdır?

- Məsləhət görərdim ki, 16 yaşdan aşağı başlamayın. Bu yaşa qədər ümumi fiziki hazırlıqla – turnik, paralel qollarla məşğul olmaq olar. Əgər bu yaşdan öncə gələn olarsa, mən onun bədəninin formalaşması üçün 40 dəqiqədən çox məşq etdirməyəcəyəm. Razılaşın ki, bu, turnik, paralel qollar olan istənilən həyətdə məşq etmək mümkündür. 

- Məşq üçün günün hansı saatı daha əlverişlidir?

- Peşəkar idmançılar gündə iki dəfə məşq edir. Günün birinci yarısında kardio məşq, ikinci yarsında isə - daha ağır məşqlərlə. Fitnes, atletika və pauerliftinqdə ən əlverişli məşq saatı 4-8 arasıdır. Bu vaxtda bədən ən fəal mərhələdə olur. Bundan sonra isə ən son yemək qəbulu yatmazdan 2 saat əvvəl olmalıdır. Qidalanmadan danışsaq bu, 3-4 mərhələdən ibarət olmalıdır.

Yeməyin  tərkibi lazımi dərəcədə zülal və karbohidratlarla zəngin olmalıdır. Çəkinin hər kiloqramına görə bədən 2 qram zülal və 3 qram karbohidrat qəbul etməlidir. Həmçinin məsləhət görərdim ki, qidalanma zamanı tərəvəzdən – misal üçün, brokkolidən istifadə olunsun. Çayla isə kiloqramlarla konfet və şəkər əvəzinə, quru meyvələrdən istifadə olunması daha yaxşıdır. Maddələr mübadiləsinin daha yaxşı həzm olunması üçün yaşıl çay məsləhələtlidir. Bununla yanaşı, yeməkdən dərhal sonra çay içmək olmaz. Gün ərzində bədənin kütləsindən asılı olaraq 2-3 lirt su içmək lazımdır.

- Bəs idman qidalanması necə? Bunu məişətdə zülal adlandırırlar, eləcə də sağlamlıq üçün zərərli hesab edirlər. Bu, stereotiplərdimi?

- Hər bir kəs özü idman qidalanması seçə bilər. Bu məsələlər bizdə qanun səviyyəsində tənzimlənir. Satışda olan bütün preparatlara Səhiyyə Nazirliyi tərəfindən rəsmi surətdə icazə verilib və onlar açıq şəkildə satılır. Bunlarda qadağan edilmiş steroidlərlər yoxdur. 

Təəssüflər olsun ki, idman qidalanmasına qarşı mənfi fikirlər formalaşıb. İdman qidalanmasından istifadə etdiyimi məndən soruşanda onlara cavab verirəm ki, siz toyuq, yumurta və ya ət yeyirsiniz? Bu ərzaqların tərkibində də bədənə lazım olan zülallar var. 

Nə üçün insanlar idman qidalanmasından istifadə edir? Belə ki, məşqlərdən dərhal sonra 20 dəqiqə ərzində bədəndə belə deyək ki, anabolik pəncərə açılır. Bu zaman qəbul edilən qida əzələlərin böyüməsinə səbəb olur. Ən sadə üsul – idman qidalanmasını su ya süddə bir qaşıq qarışdıraraq qəbul etmək olar. Yəni bu zaman orqanizm lazımi dərəcədə maddə əldə edəcək. İkinci məqam, düşünürəm ki, özünlə bir kiloqram qaynanmış toyuğu gəzdirməkdənsə, bu, daha yaxşıdır.

- İnsanların sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı bilikləri hansı mərhələdədir?

- İnsanları maarifləndirmək lazımdır. İnsanlar nə qədər çox sağlam qidalanma ilə bağlı oxusalar, o qədər tez onun əhəmiyyətini anlayacaqlar. Dorian Yats adlı bir bodibilder var. O, qeyd edib ki, düzgün qidalanma və məşqlə bağlı dietoloqların xidmətlərindən istifadə edərək məsləhətlər almaq olar. İndi deyin görüm neçə faiz dietoloq bundan özü keçib? İstənilən idmançı-məşqçi bütün bunlardan öz təcrübəsi ilə keçib. Bu, istər qidalanmaya, istəsə də məşqlərə aiddir. Eləcə də məşqçi bir çox dietoloqdan fərqli olaraq öz təcrübəsini bölüşür.

- Qeyd etdiniz ki, ilk dəfə idman zalına 2007-ci ildə gəlmisiniz. İdmanla peşəkarcasına hansı mərhələdə məşğul olmusunuz və nə üçün məhz pauerliftinqi seçmisiniz?

- 2007-ci ildə zala gedərkən bunu düşünməmişdim. Məşq zamanı gördüm ki, bəzi idmaçılar var ki, ağıq çəki ilə məşq edir. Sən demə bunlar pauerliftinqçilər imiş. Məndə də belə bir fikir formalaşdı ki, bununla məşğul olum. 2008-ci ildə Bakıda keçirilən çempionatda çıxış etdik. O zaman bizə heç kəs inanmırdı, lakin iş elə gətirdi ki, biz çempion olduq. Bundan sonra zalda bizi başqa cür qarşıladırlar. 

Bir müddət sonra Azərbaycan Pauerliftinq Federasiyasının zalında məşq etməyə başladıq. Burada yığmanın üzvləri - Vuqar Namazov, İbrahim İbrahimov, Rəna Əliyeva, federasiyanın prezidenti Ələddin Əliyev və başqaları vardı. 2009-cu ildə yığmanın tərkibinə daxil olduq. Bütün nail olduqlarıma görə 2011-ci ildən bəri şəxsi məşqçim və müəllimim olmuş Şəmsi Bayramova borcluyam.

2014-cü ildən idman ustasıyam. 2015-ci ildən VITR Fitness-də məşqçi olaraq çalışıram. Azərbaycan Texniki Universitetinin məzunuyam və bir müddət dövlət qulluğunda çalışmışam. Əvvəl bir qədər bu peşə mənə qeyri-adi gəlirdi, lakin hər bir kəs üçün yaxşı gəlir gətirən sevdiyi hobbisi ilə məşğul olmaq daha yaxşıdır. Bu zaman iş böyük zövqə çevrilir. Buna görə də Vüqar Namazova minnətdaram.

- Hazırda idman sizincün hansı əhəmiyyəti kəsb edir?

- Pauerliftinq mənim qanımdadır. Bu mənin həyat şüarımdır. İdman həyatda hər şey olmasa da, çox əhəmiyyətlidir. Həyatda ən başlıcası isə məni hər şeydə dəstəkləyən qızım və ailəmdir. Bununla yanaşı idman mənə çox şey bəxş etdi. İdman sayəsində özümdə olan potensialı kəşf edirəm.

- Beş il sonra özünüzü necə görürsünüz?

- Bu sualı cavablandırmaq çətindir. Altı ay öncə düşünməzdim ki, Bakının ən yaxşı idman zallarından birində məşqçi olaraq çalışacağam. Bundan sonra da idmanla məşğul olmaq, öz üzərimdə çalışmaq niyyətindəyəm.

- Pauerliftinqdə böyük pullar yoxdur. Buna görə də idmançı yalnız idmana diqqətini cəmləşdirə bilmir, o, qazancı da düşünməlidir. Bu məqam sizi geri çəkmirdimi?

- Mənə deyirdilər ki, ən yaxçısı atletika ilə məşğul ol. Bu olimpiya idman növüdür, burada mükafat və pullar var. Lakin biz idmana kommersiya kimi baxmadıq. Biz bu idman növünün pərəstişkarıyıq. Əlbəttə ki, pul gündəlik həyatımızda əhəmiyyətli faktora sahibdir. Lakin belə bir incə məqam da var ki,  hər ilin sonu ölkə prezidentinin iştirakı ilə ilin idman yekunlarına həsr olunmuş tədbir keçirirlir. Burada idmanda fərqlənən bütün idmançılar mükafatlandırılır.

Əlbəttə, yaxşı olardı ki, biz tamamilə idmana yönələk və məişət qayğılarını düşünməyək. Lakin çox şadam ki, idmançı olaraq məşqçi kimi çalışıram. İldə bir neçə dəfə yarışlara qoşulmaq imkanım olur. Bu yarışlara getmək üçün sponsorlar bizə imkan yaradır ki, onlara da ayrıca minnətdarlığımı bildirirəm. Bu, “Sobsan boyaları” şirkətinin rəhbəri Zöhrab Səbzəliyev, eləcə də ABŞ-da yaşayan dostlarım Ramin Məmmədov və Ülfət Məmmədovdur.

- İdman karyeranızda qarşınıza hansı məqsədləri qoymusunuz?

- Razılaşın ki, dünya üzrə ikiqat və üçqat çempion sözü daha gözəl səslənir. Buna görə də qarşıma ən yüksək məqsədlərə nail olmağı qoymuşam. Nə qədər ki, özümdə güc hiss edirəm öz üzərimdə çalışacağam və məşq edəcəyəm.

FOTO: Lalə Quliyeva, Ramil Əhmədin şəxsi arxivi

Paylaş:
6504

Sizin üçün xəbərlər

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər