Bakı məktəblərində “şagirdlərin dostu” fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Müsahibə

Bakı məktəblərində “şagirdlərin dostu” fəaliyyət göstərəcək

16:23 - 01 / 09 / 2016
Bakı məktəblərində “şagirdlərin dostu” fəaliyyət göstərəcək

Məlum olduğu kimi, Təhsil Nazirliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsinə start verib.

Pilot layihə əvvəl mediada “Təhsil üzrə məsləhətçilər” adlandırılsa da, daha sonra təhsil nazirinin müvafiq əmrinə əsasən “Məktəblinin dostu” olaraq dəyişdirilib və hazırki layihənin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb.

Ölkəmizin təhsil sistemində yaradılan “Məktəblinin dostu” layihəsi müxtəlif adlarla dünyanın bir çox ölkəsində uğur qazanıb. Əsas məqsəd məktəb-

təhsil alan-müəllim üçbucağı arasında birbaşa münasibət yaradılması, eləcə də şagirdlərin özünüreallaşdırılmasında həmahəng imkanlar yaradılmasıdır.

“Məktəblinin dostu” kimdir, onun əsas vəzifələri nədən ibarətdir, bütün bunlarla bağlı 1news.az- a layihənin kooordinatoru Rüstəm Ağayev bildirib.

“Məktəblinin dostu” layihəsinin yaranmasının məqsədi

- Bir sıra ökələrin məktəblərində problemlər var. Misal üçün, şagirdlər arasında dava-dalaş, müəllim və şagird arasında anaşılmazlıq və s. Ona görə də bir çox inkişaf etmiş ABŞ, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə məktəblərdə “şagirdlərin dostu” olur. Bu xidmətin müxtəlif adı olsa da, hər yerdə məqsədi eynidir.

Bu, çox yaxşı təşəbbüsdür. Bunun hesabına ilk növbədə məktəblərdə nizam-intizam problemi həll olunur. Eləcə də məktəblərdə müəllimlə şagird arasında müsbət ab-hava yaradır. Buna görə də Təhsil Nazirliyi bu layihənin Azərbaycan məktəblərində də tətbiq edilməsi üçün qərar qəbul etdi.

Azərbaycanda pilot layihə həyata keçirilməsiTəhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən təşəbbüs göstərilib.

 “Məktəblinin dostu”nun əsas vəzifə və funksiyası

Layihənin əsas məqsədi – məktəblərdə, əsasən də tənəffüs zamanı təhlükəsizlik və nizam-intizamın tam təmin olunması, məktəblilər, müəllim və valideynlər  arasında mehriban münasibətlərin aşılanmasıdır.

İlk növbədə “Məktəblinin dostu” layihəsinin əməkdaşları hər zaman uşaqların köməyinə gələcək böyük qardaşı və ya bacı, mürəbbiə rolunda çıxış edəcək.

“Məktəblinin dostu” şagirdlərin həyatında fəal iştirak edərək onları ruhlandıracaq, məktəblilər arasında ahəngdar ab-hava yaradacaq ki, bu da şagirdlərin istedadlarının aşkarlanmasına yardımçı olacaq. Eləcə də bu layihə müxtəlif yaş qrupundan məktəblilərin öz aralarında əlaqə saxlmasına, asudə zamanlarında müxtəlif tədbirlər təşkil etməsinə, onların həm fiziki, həm də mənəvi-psixoloji inkişafına yardımçı olacaq.

Bunula yanaşı layihə əməkdaşları fövqəladə vəziyyətdə ilkin yardım göstərəcək. Nümunə üçün, yanğın zamanı şagirdlərin binadan çıxmasına, onların təlaşa düşməməsinə, hər hansı bir zədə zamanı ilkin tibbi yardım göstərəcəklər.

Həmçinin layihədə iştirak edən əməkdaşlar müvafiq psixologiya kursları keçəcək və şagirdlərdə psixoloji problemlərin aşkarlanmasına yardımşçı olacaqlar.

Bununla yanaşı, Təhsil Nazirliyində psixoloji mərkəz də fəaliyyət göstərəcək. Bu mərkəzlərdə pulsuz olaraq məktəblilər üçün valideynlərinin icazəsi ilə müxtəlif seminar keçiriləcək, eləcə də şagirdlərin peşə seçiminə kömək edəcək.

“Мəktəblinin dostu” necə təyin edilir

Avqustun 10-dan müvafiq sorğunu doldurmaqla namizdələr qeydiyyatdan keçdi.

Eləcə də, Təhsil NazirliyiASAN Könüllüləri-nin Facebook səhifəsinə sorğu göndərməklə də qeydiyyatdan keçmək olar.

21-30 yaş arasında istənilən ali təhsili olan şəxs sorğuda iştrak edə bilər. Seçim sentyabrın 10-a dək davam edəcək.

Həmçinin, ilkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcəklər.

Hazırda 400-ə yaxın namizəd bu layihəyə ərizə göndərib.

Neçə məktəbdə pilot layihə keçiriləcək

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə ASAN xidmət-in nümyəndələri ilə birlikdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Hər məktəbdə şagirdlərin sayından asılı olaraq 3-dən 8-ə dək “şagirdlərin dostu” fəaliyyət göstərəcək.

1news.az

Paylaş:
10914

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər