Vladimir Jirinovskinin 1news.az-a müsahibəsi: Rusiya, İran və Türkiyəni özündə cəmləşdirən yeni SSSR-i yaratmaq lazımdır | 1news.az | Xəbərlər
Müsahibə

Vladimir Jirinovskinin 1news.az-a müsahibəsi: Rusiya, İran və Türkiyəni özündə cəmləşdirən yeni SSSR-i yaratmaq lazımdır

15:13 - 10 / 08 / 2016
Vladimir Jirinovskinin 1news.az-a müsahibəsi: Rusiya, İran və Türkiyəni özündə cəmləşdirən yeni SSSR-i yaratmaq lazımdır

1news.az-ın Rusiya Liberal-Demokrat Partiyasının lideri, politoloq, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ilə müsahibəsi:

- Vladimir Volfoviç, yaxın günlərdə bəyan etmişdiniz ki, istək olarsa yeni SSSR – “Azad Sosial Respublikalar Birliyi” (ASRB) yaratmaq olar. Buraya İran, Türkiyə və digər ölkələri də cəlb etmək olar. Bu ideyanın həyata keçməsini məqbul hesab edirsinizmi? 

- Bizim böyük təşkilatımız – bütün Asiyanı əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi Birliyi (AİB), Gömrük İttifaqı, cənubda isə Türkiyə, İran, Suriya və İraq var. Onlar öz dövlət maraqlarını təkbaşına müdafə edə bilməzlər. Onlara qarşı iri imperiya ABŞ və Avropa İttifaqı (Aİ) dayanır. Bu ölkələr üçün əlaqələr yaratmaq, uğura nail olmaq çətindir.

Tərkibinə Rusiya, Türkiyə, İran, keçmiş sovet respublikalarından bəziləri, sakitlik yarananda isə İraq, Suriya qoşulan ittifaq yaratsaq bu, 400 milyon əhalini özündə birləşdirərək nəhəng nüvə dövləti olacaq. 

Bu, “şimal-cənub” formatında həmahəng münasibət olacaq. Belə ki, “qərb-şərq” münasibəti artıq 300 ildir ki, müvəffəqiyyətsiz sınanıb. Qərbin istər Rusiya, istərsə də Türkiyəyə qarşı düşmənçiliynin şahidi olmuşuq.  Aydın görürük ki, istər Türkiyədə, istərsə də İrana Rusiyaya münasibət Pribaltika və Ukraynadakından daha yaxşıdır.

İqtisadi baxımdan da bu çox əlverişlidir. Belə ki, Rusiya şimal ölkəsi, Türkiyə və İran isə cənub dövlətləridir. Bu ölkələrdən kənd təsərrüfatı məhsulları alarıq, onlar isə bizim malları.

Türkiyədə atom stansiyası tikəcəyik. İranda isə artıq tikilib, burada heç kəs atom stansiyası tikmə fikrində deyildi. Belə ki, bu, çox bahalı istehsalatdır. Həmçinin biz, İranı silahla təchiz edə, eləcə də onun səmasını ən yeni Hava Müdafiə Sistemləri ilə qoruya bilərik. Turistlərimizin məmnuniyyətlə cənuba, il boyu isti hava şəraiti olan İrana, Fars Körfəzi sahilərinə, eləcə Türkiyəyə, Antaliyaya gedə biləcəklər.

Türkiyənin NATO-dan çıxmaq üçün potensialı var. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq da ola bilər. Digər ölkələr də arzu edərsə bu ittifaqa daxil ola bilər.

Yeri gəlmişkən, bu ittifaq çərçivəsində kürd problemi də həll oluna bilər. Kürd problemi bütün dörd ölkə üçün böyük problemdir – Suriya, İraq, İran və Türkiyə. Bu ittifaqda bir neçə dil azad istifadə oluna bilər...

SSSR-idə olduğu kimi,  möhkəm vahid dövlət də yaratmaq olar. Keçmiş SSSR-nin əhalisi 300 milyon idi. Türkiyə və İranın birlikdə 150 milyon əhalisi var, buraya Suriya və İraq da qoşulsa əhalinin sayı 50 milyon artacaq.

Bu, düyaca üçüncü güc olacaq. Bizim birliyi qısa olaraq SSSR (Azad Sosial Respublikalar Birliyi (ASRB) adlandırmaq olar.

- Bu ittifaqın ideologiyası necə olacaq?

- Burada heç bir kommunist ideologiyası, sovet hakimiyyəti olmayacaq. Hər şey qarşılıqlı hörmət çərçivəsində olacaq. Avropa İttifaqına Türkiyə buraxılmır, Ukraynanı ələ salırlar, amma bu birliklə biz hər şey barəsində razılaşa bilərik.  

- Düşünürsünüz ki, qeyd etdiyiniz regional dövlətlər bu ittifaqa razılaşacaq? Bəlkə əksinə, heç bir halda onlar öz müstəqilliklərini paylaşmaq niyyətində deyillər?

- İllər keçib, məgər İran Yaxın Şərqdə hökmranlığa sahib ola bilib? Və ya şiələri birləşdirə bilib? Bunu Türkiyə üçün də demək olar. O türk dünyasını birləşdirə bildimi? Türkiyə sünni aləmində üstün təşkil edə bildimi? Eləcə də Türkiyə Aİ-nin bir hissəsi ola bildimi? Hər yerdə münaqişə və müharibələrdir.

Bütün ölkələr müxtəlif variantlar istifadə etdi. Lakin indi başqa tərəfə dönmək üçün tarixi imkan var. Şimala, Moskva ilə birlikdə bütün məsələlər öz həllini tapacaq. Heç vaxt belə olmamışdı. Biz həmişə türk və farslarla müharibə etmişik.

Mürəkkəb məsələlərin həlli üçün tamamilə başqa imkanlar yaranacaq. Bu ittifaq daha möhkəm olacaq, eləcə də Aİ-dən heç də zəif olmayacaq. Bizim birləşmiş ordumuz olacaq, bu ordu NATO-dakından az olmayacaq. Həmçinin ABŞ bu birliyə hörmət edəcək.

Ayrı-ayrılıqda heç nə əldə etməək mümkün olmayacaq. 400 milyonluq ittifaqa isə hər kəs hörmət edəcək. Buraya Orta Asiyanın da cəlb etmək olar. Beləliklə, avtomatik olaraq istər türk dünyası, istərsə də sünnilər birləşəcək. Bu, hər kəs üçün faydalıdır. Bu, tarixi məqamdır. Bu barədə Türkiyə və Rusiya prezidentləri qismən danışacaqlar.

- Yeni birlik mövzusundan bir qədər kənara çıxaq... Türkiyəda baş vermiş hadisələrlə yanaşı İrəvanda da silahlı basqın oldu. Bu hadisələr bir-biri ilə əlaqədardımı?

- ABŞ-ın dünyada ən iri səfirliyi Ermənistandadır. Görünür, amerikalılar hansısa formada Ermənistanı Gömrük İttifaqından qoparmaq istəyir. Bunun hansısa pozulma ssenarisinin bir hissəsi olmasını burada, Moskvada əyləşərək bilmək olmur.

Ərdoğan qiyamçılarla hər şeyi aydınlaşdırdı. Ermənistanda da post patrul xidmətini ələ keçirən etirazçılar həbs edildi. Ola bilsin ki, burada da ABŞ-ın əli var. Onlar hər yerdə Rusiyaya zərər vurmaq istəyir. Vurulmuş rus təyyarəsi də ola bilsin ki, onların işarəsidir. Onlar ələxsus da orada enerji resursları olan istənilən regionun inkişafına mane olmaq üçün münaqişələr yaradırlar.

-Belə olan halda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son həllini necə görürsünüz? Bir çox rusiyalı ekspertlər qeyd ediblər ki, münaqişə ilin sonunadək həll oluna bilər.

- Çətin ki... İstənilən halda, xarici siyasət Rusiya prezidenti və XİN rəhbərinə birbaşa əlaqəsi var. Mən ki, heç kəslə danışıqlar aparmıram. Mən sadəcə müşahidəçiyəm. Lakin münaqişə yaxın perspektivdə həll etmək olar. Elə həll etmək ki, bundan həm azərbaycanlılar, həm də ermənilər razı qalsın.

Mövzu ilə əlaqədar oxuyun:       

Vladimir Jirinovski: Tüpürüm Ermənistana. Əgər bazanı götürsək, türklər və azərbaycanlılar onları məhv edər

Jirinovski: Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq

1news.az

Tərcümə: Samirə Xankişiyeva

Paylaş:
3985

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər