Yola duz səpən polislə bağlı yeni xəbər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yola duz səpən polislə bağlı yeni xəbər – FOTO – VİDEO

17:18 - 31 / 01 / 2017
Yola duz səpən polislə bağlı yeni xəbər – FOTO – VİDEO

Millət vəkili Aydın Mirzəzadə bir neçə gün əvvəl sosial şəbəkələrdə geniş müzakirə olunan yol polisi ilə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda millət vəkili Facebook sosial şəbəkəsində yazıb:

“Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov.

Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayıldı.

Sonradan onun yol polisi baş serjantı Teymur Süleymanovun olduğu aydınlaşdı.

Bu gün Bakı Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdüri Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim.

Məlum oldu ki, onun fəaliyyət marşrutu Milli Məclisə yaxındır. Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan teleteatr binası yanında olub.

Teymur çox təvazökar və azdanışan bir gəncdir. Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, "etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın".

Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım. Məlum oldu ki, Bakıda daha bir neçə yol polis əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə ediblər. Yol polisinin həmin gecə işinə sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib”.

Mövzu ilə əlaqədar oxuyun:

Yola duz səpən polis: “Mağazada duz qurtardı, yoxsa yenə alıb yola səpəcəkdim” – VİDEO

1news.az

Paylaş:
30262

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər