“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub? | 1news.az | Xəbərlər
Ermənistan

“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub?

16:16 - 22 / 06 / 2018
“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub?

Artur Asatryanın adı erməni cəmiyyətində “məxməri inqilabdan” sonra, sabiq prezident Serj Sarkisyanın tərəfdarı, general Manvel Qriqoryanın taxtdan salınmasından sonra səslənməyə başladı.

Həmin general dinc azərbaycanlı sakinlərin əsir götürülməsində, onların işgəncələrə məruz qoyulmasında iştirak edən şəxsdir. Həmçinin Qriqoryan erməni ordusu üçün nəzərdə tutulumuş ərzaq məhsullarının talan edilməsində də iştirak edib.

Bir sözlə həmin generala qarşı özü də ideal olamayan digər bir şəxs etiraz etməyə başlayır. Artur Asatryan – Don Pipo ləqəbli məşhur erməni kriminal avtoritet.  

Don Pipo Eçmiədzində Ermənistanın Milli Təhlükəsilik Xidməti tərəfindən saxlanılıb. Onunla birlikdə keçmiş Respublika Partiyasından olan deputat Manvel Qriqoryan da saxlanılıb.

Don Pipo üç şəxsə zor tətbiq etməklə onların oğurlanmasında, həmçinin o, qanunsuz silah saxlamaqda da ittiham olunur.

Eçmiədzin uğrunda mübarizə

Yaxın zamanlarda erməni mətbuatı Asatryanın İtaliyadan qayıdaraq Eçmiədzində daşınmaz əmlak və ticarət mərkəzləri almasından yazıb.  

Lakin yazılanların zirvəsində Don Piponun Eçmiədzindəki merə qarşı mitinqlər təşkil etməsi dayanr. Eçmiədzin general üçün əsas yer sayılır, şəhərin meri vəzifəsini isə onun oğlu idarə edir. Qriqoryanla Asatryan arasında keçmiş hesablaşmalar var. Belə ki, Don Pipo Eçmiədzini generalla ədavətinə görə tərk etməli olub. Buna görə də, “məxməri inqilabdan” sonra Eçmiədzində etiraz aksiyaları merə və Manvel Qriqoryana qarşı keçirilir.

Mətuat baş verənlərin arxasında Don Piponun dayandığını tez bir zamanda aydınlaşdırır.

Hadisələr silahlı qarşıdurma ilə nəticələnə bilərdi. Lakin mərkəzi hökumət vaxtında qarışmağa qərar verir. Baş nazir Nikol Paşinyan inqilabda mafioz müharibəsinin simvolikalarından istifadədən hiddətlənir. Hər ikisinin saxlanılmasına əmr verir. Belə ki, hər ikisi Sarkisyan dövrü ilə əlaqədar idilər.

Asatryan haqqında nələr məlumdur?

Asatryan Eçmiədzində doğulub. Musiqi məktəbində təhsil alıb, daha sonra isə boksla məşğul olub. 1987-ci ildə Asatryan Avropa çempionu olub. 1991-ci ildə idmandan uzaqlaşır, daha sonra isə sahibkarlıq və kriminala qoşulur.

Asatryan taclandırılmış qanuni oğru Don Pipodur. 2013-cü ildə İtaliya hökuməti onu Ded Xasanın ölüdürülməsində şübhəli bilərək beynəxalq axtarışa verir.

2008-ci ildə İtaliya hökuməti Astryanı 4 erməni vətəndaşı ilə birlikdə Armen Aratunyanın (Gombul Armen Kanevskoy) öldürülməsi ilə bağlı saxlayırlar.

Don Piponun kriminal xronikasına baxmayaraq, onun əsas biznesi Rusiyadadır.

Onun  əsas aktivi – “Danvesta” şirkətidir. Şirkət Moskvada iri kiosklar şəbəkəsinə sahibdir. 2016-cı ilin əvvəlində şirkətin paytaxtda 140 kiosku vardı.

2016-cı ilin sonunda “Kommersant” nəşrinin məlumatına görə, “Danvesta”nın təkibinə “Boqorodskiy” və “Panorama” ticarət mərkəzləri, “Cityman” taksi xidməti, un zavodu, “Şelkovka” ferma təsərrüfatı daxildir.  

Müəyyən müddət sonra Asatryan adını “təmizləməyə” çalışır. Buna görə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

2007-ci ildə onun hesabına Romada qondarma “erməni spyqırımı”nın şərəfinə üçmertlik xaç-daş ucaldırlır. 2012-ci ildə Ermənistan və onun hüdudlarında təhsil və sosial layihlərin dəstəklənməsi üçün xeyriyyəçilik fondu təsis edilir.

Erməni hökumətinin kriman aləmlə əlaqəli olduğunu dəfələrlə yazmışıq. Sabiq prezident Serj Sarkisyan Ded Xasan, Ramik Amoyan və digər kriminal avtoritetlərlə əlaqəli olub.

Maraqlısı budur ki, Asatryan 2017-ci ildə məşhur aktrisa Ornela Mutinin Ermənistana səfərini təşkil edib. Bayram konserti zamanı zalda onun oğlu çıxış edəndə baş nazir Karen Karapetyan, katalikos Birinci Aram və ermənilərin katalikosu İkinci Qaregin əyləşir.  

Don Pipo haqqında sənədli film də çəkilir. Filmdə onun ünvanına “Sarukyan” blokunun rəhbəri, sabiq prezident Robert Koçaryanın yaxın adamı Qaqik Sarukyan, prodüsser Artur Canibekyan, aktyorlar Franko Nero, Ornella Muti və digərləri də təriflər yağdırıblar.

Lakin xeyriyyəçilik fəaliyyəti onun Ermənistana qayıdışına kömək olmur.

Don Pipo yaxın 2 ayı dəmir barmaqlıqlar arasında keçirəcək. Xeyriyyəçi və biznesmeninin gələcək taleyinin necə olacağını isə zaman göstərəcək.

1news.az

Tərcümə: S.Xankişiyeva

Məqalə hazırlanarakən “Sputnik-Ermənistan”ın materiallarından istifadə olunub.

 

Paylaş:
3052

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər